top
“Sabah”ın futbolçusu: “Kunde və Rafinya ilə danışmaq istərdim” - VİDEO Idman.biz
Bu gün, 14:41
- ↺ +

“Sabah”ın futbolçusu: “Kunde və Rafinya ilə danışmaq istərdim” - VİDEO

"Sabah" futbol komandasının müdafiəçisi Akim Zedadka UEFA Çempionlar Liqasında İspaniyanın "Barselona" klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, futbolçu İTV-yə açıqlamasında qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib.

"Çox həyəcanlıyam. Püşkatmadan sonra bilirdik ki, bu komanda ilə qarşılaşma bizim üçün ən möhtəşəm oyunlardan biri ola bilər. Azarkeşlərimizlə birlikdə möhtəşəm atmosfer yaratmaq istəyirik. Çərşənbə gününü və meydana çıxacağımız anı səbirsizliklə gözləyirəm", - deyə müdafiəçi söyləyib.

Zedadka azarkeşlərlə görüşün və onların dəstəyinin əhəmiyyətindən də danışıb:

"Onlarla bu anları bölüşmək vacibdir. Çünki həm Çempionlar Liqasında, həm də ölkə çempionatında bizə dəstək olurlar. Məni görəndə sevinir, yaxınlaşıb şəkil çəkdirmək və avtoqraf almaq istəyirlər. Bu anları onlarla bölüşməkdən məmnunam".

Bu gönderiyi Instagram'da gör

İctimai TV (@ictimaitv.official)'in paylaştığı bir gönderi

Müdafiəçi "Barselona"nın hansı futbolçuları ilə söhbət etmək istədiyini də açıqlayıb:

"Xüsusi olaraq kiminsə adını çəkmək istəməzdim. Onlar böyük ulduzlardır və belə futbolçulara qarşı oynamaq mənim üçün şərəfdir. Bu, övladlarıma, ailəmə danışacağım bir xatirə olacaq. Ailəm də mənimlə çox fəxr edir. Amma ilk növbədə oyuna köklənəcəyəm və əlimdən gələni edəcəyəm.

Onların heyətində Jül Kunde var. O, fransızdır, buna görə onunla danışmaq daha asan olar. Bəlkə də Rafinya fransızca danışır. Mən ispan dilini də bilirəm. Ola bilsin ki, bəzi futbolçularla söhbət edim. Ancaq ilk növbədə oyuna köklənmək lazımdır. Qarşılaşmadan sonra isə onlarla danışmaq imkanımız ola bilər".

Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra "Barselona" doqquz xalla beşinci, "Sabah" isə üç xalla 31-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 15:00

“Komandanı tam yeniləmişik, uzunmüddətli planın təməlini qoymuşuq”

Futbol
Bu gün, 15:00

Alonso ilə bağlı qərar verildi

Futbol
Bu gün, 14:57

Çində Ronaldonun muzeyinin filialı açıldı

Formula 1
Bu gün, 14:57

Ferrari komandasında Hamilton və Lekler arasında gərginlik artır

Futbol
Bu gün, 14:50

“Milan” "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

Futbol
Bu gün, 14:50

“Sabah” – “Barselona” oyununa görə rejim dəyişdi

Futbol
Bu gün, 14:48

“Barselona” və “Sabah”ın sabiq futbolçusu: “İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar” - MÜSAHİBƏ + FOTO

Futbol
Bu gün, 14:41

Asim Xudiyevə UEFA Gənclər Liqasının oyununda hakim‑inspektor təyinatı

Futbol
Bu gün, 14:40

İtaliyada həvəskar futbol matçı bıçaqla hədə-qorxu səbəbindən dayandırıldı

Futbol
Bu gün, 14:40

“Benfika”nın futbolçusu PSJ-yə “yox” dedi

Futbol
Bu gün, 14:35

APL Fantasy-də 12-ci turun qalibi müəyyənləşib

Futbol
Bu gün, 14:30

Bayernin baş direktoru Musialanın bərpası üçün zaman vermələri gerektiğini bildirib

Futbol
Bu gün, 14:27

“Sabah”ın Barselona ilə qarşılaşması üçün Bakı metrosunun iş saatı uzadılacaq

Futbol
Bu gün, 14:20

“Real”da yeni müqavilə hazırlığı

Futbol
Bu gün, 14:18

“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

Futbol
Bu gün, 14:14

1-ci liqada həftənin hakimləri məlum oldu

Futbol
Bu gün, 14:10

Vəli Qasımov: Yamalın gəlməməsi çox pis oldu - MÜSAHİBƏ

Şahmat
Bu gün, 14:07

“Babam çempion olmağımı arzulayırdı, görə bilmədi” - Avropanı fəth edən Nərminlə MÜSAHİBƏ

Digər
Bu gün, 14:07

79 yaşlı idmançı rəqibi olmadan yarışdı

Qarabağ FK
Bu gün, 14:00

Qarabağa səfər, tarixi şəhərdə futbol günü | Xankəndi vloqu - VİDEO

Futbol
Bu gün, 14:00

Vernidub “Neftçi”ni çempion edəcəyini niyə deyə bilmir?

Cüdo
Bu gün, 13:53

UFC reytinqi yeniləndi – Azərbaycan döyüşçülərinin mövqeyi bəlli oldu

Qarabağ FK
Bu gün, 13:48

Mircavadov: “Sabah”ın Barselona qarşı taktikası və planları

Oxşar xəbərlər