Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 9-cu Bakı çempionatı, həmçinin tamblinq üzrə 21-ci ölkə birinciliyi və Bakı çempionatı başa çatıb. Sport24.az-a bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarışlar mövsümün yekun turniri kimi gimnastların hazırlıq səviyyəsini və rəqabət imkanlarını nümayiş etdirib.
Turnirdə müxtəlif yaş qrupları üzrə çıxış edən idmançılar bacarıqlarını ortaya qoyub.