Azərbaycanın daha bir idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə Aydın Əlizadə buna nail olub.
O, dayaqlı tullanmada 13,733 xalla 7-ci yeri tutub.
Ötən gün Nikita Simonov halqalar üzrə hərəkətlərdə, Dəniz Əlizadə dayaqlı tullanmada finala yüksəliblər.
Qeyd edək ki, 35 ölkə təmsilçilərinin mübarizə apardığı Dünya Kuboku martın 8-də başa çatacaq.