top
Zeynal Zeynalov millidən ayrılmasının səbəblərini açıqladı: Fərid Novruzinin şəxsi prinsipləri Idman.biz
18 sentyabr 2025, 16:28
- ↺ +

Zeynal Zeynalov millidən ayrılmasının səbəblərini açıqladı: Fərid Novruzinin şəxsi prinsipləri

Çimərlik futbolu üzrə milli komandamızın sabiq baş məşqçisi Zeynal Zeynalovun "Sportal.az"-a müsahibəsi

- Uzun illər Azərbaycan millisində baş məşqçi postunda işləmişdiniz. Amma sonradan yığmadan ayrıldınız. Millidən ayrılığınıza səbəb nə oldu?

- Millidən ayrılmağımın səbəbi federasiyanın rəhbəri Fərid Novruzinin mənimlə olan şəxsi prinsipləri idi. Başqa səbəb yoxdur.

- Sizcə, indiki yığmamızın durumu hansı səviyyədədir? Komanda inkişaf edib, yoxsa daha da zəifləyib?

- Mənim bu haqda nəsə deməyim düzgün çıxmaz. Ancaq nəticələr göz qabağındadır.

- Çimərlik millisində özünüzün oynadığı vaxtlarda komanda daha güclü görünürdü, daha yaxşı nəticələr qazanırdı. Sizcə, niyə əvvəlki kimi A divizionunda yer almırıq, daha uğurlu nəticələr qazanmırıq?

- Biz oynayan vaxtda futbolçu çox idi. Buna görə də, seçimimiz də çox olurdu. İndi futbolçu qıtlığı var. Özü də, aşırı şəkildədir. Hazırda çimərlik futboluna oyunçu gətirmək olmur. Çünki hamı maliyyə tərəfini fikirləşir. Üstəlik, bizdə qapalı meydança olmadığına görə çimərlik futbolu 3-4 ay oynanılır, sonra dayandırılır. Maliyyə də olmadığı üçün indiki futbolçular 3-4 yerdə oynayırlar. Eləsi də var, işləyir, sonra məşqə gəlir. Belə olan durumda, futbolçudan nə tələb edə bilərsən və ya hansı effekti gözləyə bilərsən axı? Bunların hamısı önəmli faktorlardır.

- Bəs, indiki millimiz perspektiv vəd edir? Sizcə, nəyə görə sanki birdən-birə çimərlik futbolu üzrə milli komandaya maraq azalmış oldu? Yoxsa, diqqət istənilən səviyyədə deyildi deyə, bu cür alındı?

- Yenə deyirəm, millidə olmadığım üçün nəsə danışmaq istəməzdim. Ancaq onu deyim ki, milli hamımızındır. Hamının da borcu odur ki, milli komanda üçün canla-başla oynasın, işləsin. Bizim dövrümüzdə həmişə ən yaxşısını etməyə çalışırdıq. Bunu futbolçulardan da tələb edirdik.

- B qrupunda məqsəd A divizionuna çıxmaqdır. Amma komanda B qrupunda qaldı. İndiki yığma Sahib Məmmədovun rəhbərliyi altında yenidən A divizionuna çıxa biləcək?

- Biz komandanı sıfırdan yığmışdıq. Hikmət Bağırov, İlqar Abdulov və özüm. Birinci ildə çimərlik futbolunun tarixində heç kimin eləmədiyini etdik. Millimizi B divizionundan A divizionuna çıxardıq. Özü də, 12 oyun qələbə qazanmışdıq. O vaxtı cəmi 1 komanda A divizionuna çıxırdı. Finalda hakimlərinə haqsızlıqlarına baxmayaraq, oyunu qalib başa vuraraq bu uğuru qazandıq. Amma indi bildiyimə görə, 4 komanda A divizionuna çıxıb. Əfsuslar olsun ki, orada Azərbaycan millisi yoxdur.

- Yenidən A milliyə baş məşqçi kimi geri qayıtmaq istəyərdiniz? Federasiya rəhbərliyindən təklif olarsa, qayıdarsınız?

- Əgər yaxşı təklif olsa, yaxşı şərait yaradılsa, əlbəttə. Milli komandada çalışmağa hamımız və həmişə hazırıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Oxşar xəbərlər