top
Özbəkistan yığmasının baş məşqçisi: Azərbaycan Asiyada çıxış etsəydi, dünya çempionatına vəsiqə qazanardı - MÜSAHİBƏ Idman.biz
25 may 2025, 14:29
- ↺ +

Özbəkistan yığmasının baş məşqçisi: "Azərbaycan Asiyada çıxış etsəydi, dünya çempionatına vəsiqə qazanardı" - MÜSAHİBƏ

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında çıxış edən Özbəkistan milli komandasının baş məşqçisi Vüsal Məhərrəmovun Futbolxeber.az saytına müsahibəsi

- Maraqlı təsadüfdür ki, Bakıda keçirilən minfiutbol üzrə dünya çempionatında Özbəkistan millisinin baş məşqçisi azərbaycanlıdır. Əvvəlcə özünüz haqda məlumat verərdiniz.

- Mən Vüsal Məhərrəmov, Özbəkistanda doğulmuşam, böyümüşəm, əslən İmişlidənəm. Valideynlərim hazırda İmişlidə yaşayır. Özbəkistanda, böyük futbolda oynamışam. "Soqdiana", "Metallurq", "Almalıq". Həmçinin Tacikistanda "Xudjand" klubu ilə 2-ci yeri tutmuşuq. 2021-ci ildə karyeramı bitirdikdən sonra məşqçiliyə başlamışam. Uşaqlarla işləyirəm. Dostumla Özbəkistanla minifutbolu özümüz yaratmışıq. Hazırda 6 liqamız var, futzal da keçiririk, 6x6-a futbol da. Dünya çempionatına qatılmağı istəyirdik. Bizə vəsiqə veriləndən sonra, dünya çempionatına qatıldıq və komandanı yığdıq, baş məşqçi də özüm oldum.

- Adətən ölkə xaricində yaşayan, çıxış edən azərbaycanlı futbolçular haqda Azərbaycan mətbuatında tez-tez yazılar gedir. Maraqlıdır ki, sizin adınıza daha əvvəl rast gəlməmişik. Futbolçu vaxtı AFFA-dan sizə təklif gəlib?

- 2011-ci ildə U-21 yığmasına dəvət edilmişəm. Mən gələndə həmin vaxt baş məşqçi alman idi (Bernhard Lippert-red.). Bədavi Hüseynov, Emin Mustafayev kimi futbolçular U-21-də idi. Həmçinin 2012-ci ildə "Sumqayıt"a keçə bilərdim. Amma Azərbaycan pasportu almaq mümkün olmadı, ona görə də geri qayıtdım.

- Qeyd etdiniz ki, valideynlərim hazırda İmişlidə yaşayır. Belə çıxır ki, onlar vətənə qayıtsalar da, siz futbola görə Özbəkistanda qaldınız?

- Valideynlərim ailə məsələlərinə görə qayıtdılar. Mən isə dediyiniz kimi, futbola görə orada qaldım.

- Son illər Özbəkistan futbolu çox inkişaf edib. Yığma dünya çempionatının bir addımlığındadır. Bu inkişafı nə ilə əlaqələndirmək olar?

- Özbəkistan Futbol Federasiyası əsas gücü akademiyalara, uşaq futboluna verir. Yeni akademiyalar açılır, stadionlar bərpa edilir. Futbolçu karyerasını bitirmiş şəxsləri itirmirlər. Məşqçi kurslarına göndərirlər.

- Azərbaycan futbolu Özbəkistandan kənardan necə görünür?

- Böyük ölçüdə eynidir. Çox da fərqi yoxdur. Azərbaycan Avropa yox, Asiyada oynasaydı, dünya çempionatına yollanardı.

- Özbəkistan millisinin sıçrayışının səbəbini nədə görürsünüz?

- İlk növbədə legioner həyatı yaşayan futbolçular çoxaldı. Özbək futbolçular xaricə getməyə başladı. Beynəlxalq təcrübəmiz yox idi deyə, haradasa, nəsə çatmırdı. Lakin indiki millimizdə 10-12 legioner həyatı yaşayanlar var. Türkiyə, İtaliya, İngiltərə, 3 nəfər Azərbaycanda oynayır. Bütün bunlar millinin inkişafına təsir edir. Nə qədər çox legioner həyatı yaşayanlar olsa, milli də o qədər inkişaf edər.

- Bir qədər də minifutboldan danışaq. Bakıdakı dünya çempionatının təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Təşkilarçılıq super, əladır. Bundan əvvəl dostum Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq turnirdə iştirak etmişdi. Yarış haqda çox müsbət fikirlər səsləndirmişdi. Budəfəki turnirdə özüm də buradayam, həqiqətən təşkilatçılıq çox yüksək səviyyədədir. Martda bura püşkatmaya da gəlmişdim, onda gördüm ki, Azərbaycan təşkilatçılıq məsələsində çox irəli gedib.

- Azərbaycan minifutbol millisi barədə hansı məlumatlara sahibsiniz?

- Minifutbolda Azərbaycan millisinin yaxşı reytinqi var. Gücünü də görürsünüz. Bu mundialda ən güclülərdən biri Azərbaycandır. Mənə elə gəlir ki, Azərbaycan finala qədər gedər.

- Bəs Özbəkistan millisi?

- Biz ilk dəfədir dünya çempionatında çıxış edirik. Komandamızın belə beynəlxalq turnir təcrübəsi yoxdur. Amma oyunçularımız əvvəl futbol oynayıb. Bir də futzal oynayırlar. Biz çox uşağı futzaldan götürmüşük komandaya. Bir az təcrübə çatmır, bir də oyun praktikasının yoxluğu.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
08 oktyabr 2026, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
08 oktyabr 2026, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
08 oktyabr 2026, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
08 oktyabr 2026, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Oxşar xəbərlər