top
Heydər Əliyev Kuboku futzal turnirinə başlanıldı Sport24.az
10 may 2025, 18:27
- ↺ +

"Heydər Əliyev Kuboku" futzal turnirinə başlanıldı

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turniri keçirilir. Sport24.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən birgə təşkil olunacaq yarışda 17 komanda 4 qrupda mübarizə aparır.

 

Mayın 10-u ümummilli liderin doğum günündə yarışın rəsmi açılış mərasimi reallaşıb. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan tədbirdə əvvəlcə dünya şöhrətli siyasətçi Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov dahi rəhbər Heydər Əliyevin Azərbaycanda idmanın yüksəlişi və gələcək inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov çıxışlarında Naxçıvan idmanında əldə olunan uğurlar və yarışın əhəmiyyəti ilə bağlı fikirlər də səsləndiriblər. Qeyd olunub ki, Heydər Əliyev dühası müasir Azərbaycanın və xalqımızın taleyində böyük iz buraxmış şəxsiyyətdir, onun siyasi xətti və ideyaları və bu gün ölkəmizə mənəvi işıq tutur.

 

Mərasimin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri günə özəl mahnılar səsləndirblər, karateçilərin nümunəvi çıxışları izlənilib.

 

Sonra Ali Məclis və Səhiyyə Nazirliyini təmsil edən komandalar arasında görüşlə mübarizəyə start verilib.

 

Qeyd edək ki, Oyunlar hər həftənin şənbə günləri keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – "Heydər Əliyev Kuboku" təqdim olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Oxşar xəbərlər