top
Gürcüstan yığmasının baş məşqçisi: Bakıya baş məşqçi qismində qayıtmaq maraqlı və həyəcanvericidir - MÜSAHİBƏ Idman.biz
22 may 2025, 13:37
- ↺ +

Gürcüstan yığmasının baş məşqçisi: "Bakıya baş məşqçi qismində qayıtmaq maraqlı və həyəcanvericidir" - MÜSAHİBƏ

Minifutbol üzrə Gürcüstan millisinin baş məşqçisi Kaxa Maysayanın Sportal.az-a müsahibəsi

- Gürcüstan millisi dünya çempionatına necə hazırlaşıb? Sizi narahat edən hansısa məqamlar var?

- Dünya çempionatına yaxşı hazırlaşmışıq. Bizim gənc komandamız var. Bəzi futbolçularımız isə təcrübəlidir. Çox maraqlı komandaya sahibik. Bütün rəqiblərlə mübarizə aparmağa hazırıq.

- Maraqlıdır, komandada peşəkar karyerası olmuş keçmiş futbolçular var?

- Demək olar ki, hamısı aktiv futbolçulardır. Həm futzalda oynayanlar var. Üstəlik, iki oyunçu da əvvəllər böyük futbolda çıxış edib.

- Sən uzun illər Azərbaycanda oynamısan. Yenidən sənin üçün yad olmayan Bakıya qayıtmısan...

- Tbilisidən sonra mənim üçün ikinci doğma şəhər Bakıdır. Bakını çox sevirəm və hər zaman darıxıram. Çünki orada mənim dostlarım var. Futboldan sonra da onlarla dostluq əlaqələrim davam edir. Bakıya baş məşqçi kimi geri qayıtmaq özüm üçün də maraqlı və həyəcanlıdır.

- Gürcüstan millisinin Bakıdakı turnirdə əsas hədəfi nədən ibarətdir? Çempionluğu real görürsüz?

- Nə qədər uzağa gedə bilsək, özümüz üçün yaxşıdır. Ambissiyalı və gənc komandamımız var. Bu mənada, hər bir rəqiblə sona qədər mübarizə aparacağıq. Bütün komandalara hörmətlə yanaşırıq. Fikrimcə, məğlub edə bilməyəcəyimiz rəqib yoxdur.

- Ev sahibi olan Azərbaycan millisi haqda hansı fikirdəsən? Avropa çempionu olduqdan sonra Azərbaycanda minifutbol inkişaf edir. Azərbaycan minifutbolu ilə maraqlanırdın?

- Çox güclü milli komandaya sahib olduğunuzu hamımız bilirik. Azərbaycanda minifutbolun çox qısa zamanda inkişaf etməsindən də məlumatlıyıq. Gürcüstandan sonra bütün ürəyimlə Azərbaycana azarkeşlik edəcəm.

- Səncə, çempionatın əsas favoriti hansı komandadır?

- Məncə, Azərbaycan dünya çempionatının əsas favoritlərindən biridir. Üstəlik, ev amili də var. Məncə, bütün Azərbaycan Gürcüstana da dəstək olacaq. Çünki biz qonşu ölkələrik. Üstəlik, bu iki ölkə arasında hər zaman dostluq əlaqələri yüksək olub. Azərbaycana və Gürcüstana uğurlar arzulayıram.

- Gürcüstan G qrupunda Çexiya, BƏƏ və Argentina ilə mübarizə aparacaq. Qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsən?

- Təbii ki, qrupdan çıxmaq şansımız var. Bunun üçün ən yaxşısını edəcəyik. Daha da irəliləmək niyyətindəyik. Rəqiblərimizi analiz edirik. Hər şeyi meydanda görəcəyik. Allah qoysa, hər şey yaxşı olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Oxşar xəbərlər