top
Baş katib Avropa çempionatındakı rəqiblər və onların heyətləri barədə danışıb Idman.biz
25 may 2026, 22:27
- ↺ +

Baş katib Avropa çempionatındakı rəqiblər və onların heyətləri barədə danışıb

"Qrupumuz maraqlı və kifayət qədər rəqabətlidir. Rəqiblərimizin əksəriyyəti bizə tanış komandalar olsa da, hər görüşün çətin keçəcəyini gözləyirik".

İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov milli komandanın Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.

O, AZƏRTAC-a açıqlamasında Azərbaycan yığmasının qrup mərhələsində ilk oyununu Avstriyaya qarşı keçirəcəyini xatırladıb: "Milli səviyyəsində bu komanda ilə ilk dəfə üz-üzə gələcəyik. Fransa və İtaliya ilə isə daha əvvəl qarşılaşmışıq. Son Avropa çempionatında - 2024-cü ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən turnirdə də demək olar ki, eyni qrupda yer almışdıq. Həmin vaxt rəqiblərimiz Fransa, İtaliya və Belçika idi. Bu dəfə Belçikanın əvəzinə Avstriya bizimlə eyni qrupda yer alıb. Demək olar ki, yenidən eyni rəqiblərlə mübarizə aparacağıq".

Baş katib Fransa və İtaliya yığmaları ilə əvvəlki qarşılaşmaları yada salıb: "Hər iki komanda ilə ilk dəfə 2023-cü ildə Bakıda təşkil olunan beynəlxalq turnirdə üz-üzə gəlmişdik və hər iki görüşdə minimal hesablı qələbə qazanmışdıq. Növbəti oyunlarımız isə 2024-cü il Avropa çempionatında baş tutdu. Həmin matçlarda da millimiz qalib gəlmişdi. Xüsusilə İtaliya ilə görüş çox gərgin və çətin keçmişdi".

O.Hüseynov rəqiblərin hazırlıq prosesi ilə bağlı da fikirlərini bölüşüb: "İtaliya millisinin hazırkı vəziyyəti barədə geniş məlumatımız yoxdur. Onların hazırlığı ilə bağlı məlumat paylaşılmayıb. Fransa yığması İngiltərədə keçirilən beynəlxalq turnirdə iştirak edib. Avstriya isə həm Çexiyada, həm də Slovakiyada təşkil olunan yarışlarda son yoxlama oyunlarına çıxıb".

Federasiya rəsmisi bəzi komandaların heyətlərində tanınmış futbolçuların yer aldığını vurğulayıb: "İtaliya, Fransa və Avstriya yığmalarında əvvəllər tanınan bəzi futbolçular artıq yoxdur. Lakin Slovakiya millisində kifayət qədər məşhur simalar çıxış edir. Məsələn, vaxtilə Almaniyanın "Şalke" klubunda oynamış Erik Yendrişek və Slovakiya millisinin tanınmış futbolçularından olan Yuray Kuçka komandanın heyətində yer alırlar. Belə oyunçuların iştirakı həm rəqabəti artırır, həm də komandamız üçün əlavə motivasiya yaradır. Bosniya və Herseqovina millisinin heyətində də yüksək səviyyəli futbolçular var. Bu komandanın heyətində vaxtilə İspaniyada, La Liqa səviyyəsində çıxış etmiş oyunçular var. Belə rəqiblərlə qarşılaşmaq hər zaman maraqlıdır. Tanınmış futbolçuların minifutbolda çıxış etməsi turnirin marağını və rəqabət səviyyəsini daha da artırır".

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Slovakiyanın Bratislava şəhərində keçiriləcək. Azərbaycan millisi F qrupunda Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Oxşar xəbərlər