top
Ağasəlim Mircavadov: Qurban Berdiyevlə qarşı-qarşıya gəlmək maraqlı olacaq Report.az
13 may 2025, 14:44
- ↺ +

Ağasəlim Mircavadov: "Qurban Berdiyevlə qarşı-qarşıya gəlmək maraqlı olacaq"

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov minifutbol üzrə Bakıda keçiriləcək dünya çempionatından öncə veteran futbolçuların iştirakı ilə təşkil olunacaq "Legends Cup"la bağlı fikirlərini bölüşüb.

Mütəxəssis "Report"a açıqlamasında oyunun hansı formada keçiriləcəyi ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcəyini deyib.

O, "Legends Cup"da rəqib komandanın baş məşqçisi olacaq Kurban Berdıyevlə əvvəllər nə məşqçi, nə də futbolçu kimi üz-üzə gəldiyini söyləyib:

"Bu oyunda Azərbaycan Premyer Liqasında iştirak edən klubların məşqçiləri çıxış edəcək. Belə matçlarda nəticəyə önəm verilmir. Oyuna baxmağa gələn azarkeşlər istirahət etməli, sabiq futbolçuların topla necə davradıqlarını görməlidirlər. Kurban Berdıyevlə nə baş məşqçi, nə də futbolçu kimi üz-üzə gəlmişik. Düşünürəm ki, çox maraqlı olacaq".

AFFA Məşqçilər Komitəsinin üzvü komandaların heyətləri ilə tanış olduğunu bildirib:

"Hələ ki, turnirlə bağlı heç kimlə əlaqə saxlamamışam. Amma heyətlərlə tanış olmuşam. 2000-ci ildən bəri "Neftçi"də oynayan futbolçular olacaq. Oyunun necə, hansı formada keçiriləcəyi ilə bağlı yəqin ki, yaxın günlərdə daha ətraflı məlumat verəcəklər".

Mütəxəssis qarşılaşmanın keçirilməsinin yaxşı hal olduğunu vurğulayıb:

"Bu matçın keçirilməsi yaxşı haldır. Çünki SSRİ-də minifutbolu ilk dəfə 1968-ci ildə biz oynamışıq. Oyunları indiki Bakı İdman Sarayının meydançasının yerində keçirirdik. 1 qapıçı, 5 sahə oyunçusu ilə oynayırdıq. Beləliklə, minifutbol ilk dəfə Azərbaycanda yarandı. Sonradan başqa respubliklarda da bu şəkildə oyunlar keçirildi. Minifutbol üzrə turnir ilk dəfə 1968-ci ildə Azərbaycanda keçirilib. Bakıətrafı ərazilərdən də komandalar qatılmışdı. Hətta bəzi oyunçular həmin turnirdən sonra "Neftçi"nin əvəzedici heyətinə dəvət olunmuşdular. O vaxt Bakıda və ətraf yerlərdə xeyli sayda kiçik meydançalar var idi və insanlar daha çox futbol oynayırdılar".

A.Mircavadov minifutbol yığmamızın dünya çempionu olmaq potensialını da dəyərləndirib:

"Minifutbol üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək. Təşkilatçılığa görə Azərbaycan Minifutbol Federasiyasına təşəkkürümü bildirirəm. Minifutbol yığmamıza uğurlar arzulayıram, çempion ola bilərlər. Komandanın oyununu görmüşəm, xoşuma gəlir. Minifutbolu çox yaxşı oynayırıq".

Qeyd edək ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" arasında "Legends Cup" mayın 19-da, saat 20:00-da Milli Gimnastika Arenasında start götürəcək. "Neftçi 2000-lər"ə Ağasəlim Mircavadov, "Premyer Liqa məşqçiləri" komandasına Kurban Berdıyev rəhbərlik edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Oxşar xəbərlər