AFFA 19 yaşadək futzalçılardan ibarət milli ilə bağlı maraqlı qərar verib.
Son iki mövsümdə Yüksək Liqada mübarizə aparmış U-19 növbəti çempionatın iştirakçıları arasında yer almayıb.
Federasiyanın istəyi ilə yığmanın oyunçuları "Baku Fire"a üz tutub. Başqa sözlə, uzun illərdir fəaliyyət göstərən paytaxt təmsilçisi gənclər millisinin bazasına çevrilib.
Tərəflər arasında bununla bağlı razılaşma əldə olunub. Anlaşmaya əsasən, U-19-un üzvləri gələn ilin yayınadək bu klubun formasını geyinəcək.
AFFA-nın bu qərarı doğrudur. Dünyanın heç bir yerində yığma komanda ölkə birinciliyində çıxış etmir. Üstəlik, U-19 ötən sezonlarda liqada olduqca pis nəticələr göstərib.
"Baku Fire" isə köklü klubdur, yarışın azsaylı daimi iştirakçılarından biridir. Teymur Eyvazovun çalışdırdığı kollektiv keçən mövsüm bürünc medallara sahib çıxıb.
SPORTİNFO.AZ