top
Zirə Aleksandriyaya uduzdu, bu gün Bohemians 1905 ilə oynayacaq Idman.biz
16 yanvar 2026, 15:46
- ↺ +

"Zirə" "Aleksandriya"ya uduzdu, bu gün "Bohemians 1905" ilə oynayacaq

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" futbol klubu ikinci yoxlama görüşündə məğlubiyyətlə üzləşib.

İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu dəfə Ukraynanın "Aleksandriya" kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində qollara 29-cu dəqiqədə Yeqor Boqomolski, 54-cü dəqiqədə isə Ceyhun Nuriyev imza atıb.

"Qartallar" bu gün daha bir yoxlama matçına çıxacaq. Komanda Bakı vaxtı ilə saat 18:00-da Çexiyanın "Bohemians 1905" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Zirə" toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" komandası ilə 3:3 hesablı heç-heçə edib.

13:54

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu növbəti yoxlama görüşünü də uğurla başa vurub.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşıb.

Görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində qolları 49-cu dəqiqədə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqəsində Abbas Hüseynov vurub.

"Köhlən atlar" bu gün hazırlıq prosesi çərçivəsində daha bir yoxlama matçı keçirəcək. Komanda saat 19:00-da Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki yoxlama oyununda Özbəkistanın "Neftçi" komandasını 5:0 hesabı ilə məğlub edib.

09:48

Bu gün Azərbaycanın dörd komandası yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" Çin təmsilçisi "Çenqdu Ronqçenq"lə üz-üzə gələcək.

"Ağ-qaralar" indiyədək Misirin "Piramids" klubu ilə 1:1 hesablı heç-heçə edib, Qazaxıstanın "Kayrat"ını isə 3 cavabsız qolla məğlubiyyətə uğradıb.

Türkiyənin Antalya bölgəsində toplanışda olan "Zirə" və "Qarabağ" isə bu gün iki oyuna çıxacaqlar. Paytaxt təmsilçisi Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" komandaları ilə qarşılaşacaq. Ağdam klubu isə Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın "Osiyek", 19:00-da isə Polşanın "Zaqlebye" kollektivinə qarşı gücünü sınayacaq.

"Zirə" ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3. Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla məğlub edib.

"Sumqayıt" Antalyada sonuncu qarşılaşmasını keçirəcək. "Gənclik şəhəri" təmsilçisi axşam saatlarında "Osiyek"lə münasibətlərə aydınlıq gətirəcək. Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub - 1:5, 1:4.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Oxşar xəbərlər