top
Zirə-2-nin baş məşqçisi Hacı Əhmədov: Hər oyuna final kimi yanaşırıq Idman.biz
Bu gün, 16:28
- +

"Zirə-2"-nin baş məşqçisi Hacı Əhmədov: Hər oyuna final kimi yanaşırıq

Azərbaycanın Əvəzedicilər Liqasında turnir cədvəlinə başçılıq edən "Zirə-2" qarşıdakı oyunlara final kimi yanaşacaq.

Bunu komandanın baş məşqçisi Hacı Əhmədov deyib.

Mütəxəssis turnir cədvəlində "Sabah"ın liderliyinə son qoyaraq zirvəyə yüksəlmələrində futbolçuların işə yanaşmasının böyük rol oynadığını söyləyib.

"Düzdür, hələ çempionat yekunlaşmayıb, qarşıda bizi gərgin oyunlar gözləyir. Turnir cədvəlinin üst pillələrində qərarlaşan rəqiblərlə ardıcıl 4 ağır qarşılaşmamız var. Biz hər oyuna final kimi yanaşacağıq. Komandanın durumu yaxşıdır, uşaqlar intizamlıdırlar. Burada təkcə məşqçinin deyil, futbolçuların işə yanaşmasının da böyük rolu var. Rəhbərlik də həmişə arxamızdadır və lazımi köməyi göstərir", - deyə o, report.az-a açıqlamasında deyib.

H.Əhmədov çempionluq uğrunda mübarizəni və rəqibləri dəyərləndirib:

"Hazırda beş komanda birinci yer uğrunda ciddi mübarizə aparır. "Qarabağ"ın 24 xalı olsa da, çox yaxşı komandadır. Növbəti oyunumuz məhz onlara qarşıdır. Bizim üçün rəqibin kimliyinin və hansı pillədə olmasının fərqi yoxdur. İstər "Araz-Naxçıvan", istər "Şamaxı", istərsə də digərləri olsun, hər bir rəqibə hörmətlə yanaşırıq və hamısına qarşı eyni motivasiya ilə hazırlaşırıq".

Mütəxəssis əsas komandadan kömək alıb-almayacaqları ilə bağlı sualı da cavablandırıb:

"Niyyətimiz əsas komandadan oyunçu götürmək yox, futbolçu yetişdirib verməkdir. Hazırda bizdən əsas komandanın məşqlərinə qoşulanlar var. Məsələn, 2008-ci il təvəllüdlü Əhliman Süleymanov bəzi oyunlarda əsas komandanın "23-lüy"ündə yer alır. Çempionluq yolunda kömək məqsədilə əsas heyətdən futbolçu gətirilməsinə bəlkə son turlarda baxmaq olar. Amma hələlik belə bir planımız yoxdur".

O, mövsümün əvvəlində qarşıya qoyulan hədəfdən də söz açıb:

"Komandanı yığanda uşaqlara inamım çox idi. Düzdür, qarşımıza çempionluq hədəfi qoymamışdıq, sadəcə, hər oyuna 100 faiz məsuliyyətlə çıxmağı tapşırmışdıq. Şükürlər olsun ki, bu yanaşma bizi bugünkü yerə gətirib çıxardı. Şəxsən özüm üçün ilk 4 pillədə olmağı hədəf qoymuşdum, amma bu barədə uşaqlarla danışmamışdım. İnanıram ki, sona qədər bu mübarizədə qalacağıq".

Qeyd edək ki, "Zirə-2" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir. "Neftçi-2" və "Sabah-2" (hər ikisi 34 xal) komandaları isə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:04

"Xankəndi" FK qapıçılar üzrə məşqçi təyinatı: Elçin Sadıqov

Basketbol
Bu gün, 18:00

Basketbol üzrə Azərbaycan Kuboku: 1/4 final mərhələsi başlayıb, "Ordu" qalib gəlib - YENİLƏNİR + FOTO

Olimpiada
Bu gün, 18:00

Anastasiya Papatoma Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında çıxış edib

Basketbol
Bu gün, 17:56

Basketbol üzrə Azərbaycan Kubokunda "Ordu" "Sumqayıt"ı məğlub edib, "Sabah" - "Quba" matçı gözlənilir

Futbol
Bu gün, 17:52

"Leverkuzen" Qoretskaya görə mübarizəyə qoşuldu, lakin futbolçu xaricə getmək istəyir

Futbol
Bu gün, 17:49

Fransa klubunun yeni baş məşqçisi müəyyənləşib

Futbol
Bu gün, 17:40

Ceyhun Sultanov: "Qarabağ" müdafiədə səhv etməsə, "Nyukasl"a qarşı yaxşı nəticə qazana bilər

Futbol
Bu gün, 17:40

Leon Qoretskaya "Bayer"dən təklif

Futbol
Bu gün, 17:35

İspaniya Kubokunun final oyununun vaxtı və yeri müəyyənləşdi

Futbol
Bu gün, 17:28

"İnter"in "Anakonda"lı Çempionlar Liqası Videosu Böyük Marağa Səbəb Oldu

Futbol
Bu gün, 17:22

MOİK - "Səbail" oyununda baş məşqçi və futbolçu arasında qalmaqal yaşandı

Futbol
Bu gün, 17:20

"Arsenal" Rikkardo Kalafiori ilə yollarını ayırır

Futbol
Bu gün, 17:20

"Səbail" MOİK-ə məğlub oldu, "Baku Sportinq" "Cəbrayıl" üzərində qələbə qazandı

Voleybol
Bu gün, 17:16

Ziya Rəcəbov: "Məqsədimiz voleybolda 'Turan' adını Avropaya tanıtmaqdır"

Olimpiada
Bu gün, 17:05

Yohannes Klebo Olimpiya Oyunlarında qızıl medal sayına görə ikinci olub

Futbol
Bu gün, 17:04

Sumqayıtda baxımsız stadion təmir planına daxil edilib

Futbol
Bu gün, 16:55

"Xankəndi"də yeni qapıçılar üzrə məşqçi təyin edilib

Futbol
Bu gün, 16:52

Hovard: Pulişiç Premyer Liqaya qayıtsa, Salah və ya De Bruyne ola bilər

Futbol
Bu gün, 16:48

Misli Premyer Liqası dünyanın ən yaxşı 41-ci milli çempionatıdır

Futbol
Bu gün, 16:40

Region Liqası: "Sabirabad"ın baş məşqçisi və futbolçusu cəzalandırıldı, yarımçıq qalan oyun davam edəcək

Cüdo
Bu gün, 16:40

U-14 Yeniyetmə Cüdoçular arasında Liqa Yarışının Birinci Turu Abşeronda Keçiriləcək

Futbol
Bu gün, 16:24

Kim Min Ce "Bavariya"nı tərk edə bilər: İngiltərə klubları maraqlanır

Gimnastika
Bu gün, 16:20

Bakıda gənc atletlər arasında ölkə birinciliyi keçiriləcək

Oxşar xəbərlər