top
“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə
18 avqust 2026, 12:31
- ↺ +

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

"Azərsun Holdinq"in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan "Viki Mingəçeviri sevir" beynəlxalq düşərgəsi başa çatıb.

12–16 avqust 2026-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "Vikimedia Azərbaycan" istifadəçi qrupunun təşkilatçılığı və "Azərsun Holdinq"in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunmuş "Viki Mingəçeviri sevir" beynəlxalq düşərgəsi uğurla yekunlaşıb.

5 gün davam edən layihənin əsas məqsədi Azərbaycan Vikimedia icmasının fəal üzvlərini və regional viki-icmaları bir araya gətirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək, eləcə də Azərbaycan dilində Vikipediyanın məzmun və keyfiyyət göstəricilərinin daha da yüksəldilməsinə töhfə vermək olub. Düşərgədə yerli mütəxəssislərlə yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 20-yə yaxın təcrübəli vikipediyaçı da iştirak edib.

Düşərgə çərçivəsində Vikipediyanın 25 illik inkişaf yolu nəzərdən keçirilib, təhsildə Vikipediyanın tətbiqi, mənbələrlə iş və neytrallıq prinsipləri, habelə Viki-layihələrdə süni intellekt, qadcetlər və akademik informasiya platformalarının istifadəsi kimi aktual mövzularda təlim və təqdimatlar keçirilib. Düşərgədə regional təcrübələrlə yanaşı, türkdilli dövlətlərin viki icma layihələrinin uğurlu modulları, eləcə də "Vikimaniya 2026 (Paris)" yenilikləri geniş müzakirə olunub.

Keçirilən editatonlar (yazı marafonları) nəticəsində Azərbaycan gəncləri, idmanı və Mingəçevir mövzularında 512 yeni məqalə yaradılıb və 4000-dən çox redaktə həyata keçirilib.

İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə kanoe və avarçəkmə bazası ilə tanışlıq, praktiki kanoe sürüşləri, habelə "Nə? Harada? Necə?" (NHN) və "Brain Ring" intellektual yarışları təşkil olunub. Tədbirin yekununda fəal iştirakçılara sertifikatlar təqdim edilib. Həmçinin düşərgə müddətində təşkil olunan müxtəlif yarış və müsabiqələrin qaliblərinə "Azərsun Holdinq" tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Azərsun Holdinq" gənclərin inkişafı və açıq bilik resurslarının zənginləşdirilməsi istiqamətində "Vikimedia Azərbaycan" ilə sıx əməkdaşlıq edir. Daha əvvəl bu əməkdaşlıq çərçivəsində həyata keçirilən "Vikisun" layihəsi nəticəsində holdinq əməkdaşları tərəfindən hazırlanan 5 000-ə yaxın məqalə Vikipediyaya yerləşdirilib.

Şirkətin "Viki Mingəçeviri sevir" beynəlxalq düşərgəsinə sponsorluq dəstəyi də Azərbaycan dilində rəqəmsal bilik bazasının inkişafına verilən növbəti mühüm töhfəsidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Oxşar xəbərlər