top
Yeni Zelandiyanın İranla matçı ABŞ-dən kənarda keçirməyə hazırlığı Idman.biz
25 mart 2026, 16:06
- ↺ +

Yeni Zelandiyanın İranla matçı ABŞ-dən kənarda keçirməyə hazırlığı

Yeni Zelandiya futbolçuları 2026-cı il FIFA Dünya Çempionatının açılış matçında İranla ABŞ-dən kənarda oynamağa hazır olduqlarını bildiriblər.

İdman.Biz xəbər verir ki, İran yığması turnirə vəsiqə qazanan ilk ölkələrdən biri olsa da, onların iştirakı ABŞ-İsrail müharibəsi səbəbindən şübhə altındadır. Təqvimə əsasən, İran millisi hər üç qrup matçını ABŞ-də keçirməlidir. Onların iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiya ilə ilk oyunu planlaşdırılıb. Lakin İran Futbol Federasiyası ABŞ ərazisindəki matçları boykot edəcəyini açıqlayıb.

Yeni Zelandiya yığması Los-Ancelesdəki matçın baş tutacaqmış kimi hazırlaşır, lakin futbolçular zərurət yaranarsa, oyunun ABŞ-dən kənara keçirilməsinə hazır olduqlarını deyiblər.

Niderlandda çıxış edən yarımmüdafiəçi Rayan Tomas "Reuters" agentliyinə bildirib ki, İran Dünya Çempionatında iştirak etmək hüququ qazanıb və onların komandası matçın yaratdığı əlavə diqqətin öhdəsindən gələ bilər:

"Onlar seçmə mərhələni keçdikləri üçün orada olmağa layiqdirlər. Əgər onlarla Meksika və ya Kanadada oynamalıyıqsa, bəli, orada oynayarıq. Bu, mənim üçün o qədər də böyük problem deyil".

İyunun 11-dən iyulun 19-dək davam edəcək turnir zamanı Yeni Zelandiya millisi Meksika sərhədinə yaxın olan San-Dieqo şəhərində məskunlaşacaq. Meksika Prezidenti Klaudia Şeynbaum ötən həftə ölkəsinin İranın matçlarına ev sahibliyi etməyə açıq olduğunu, lakin məkan dəyişikliyi ilə bağlı son sözün FIFA-ya məxsus olduğunu vurğulayıb.

FIFA İranın oyunlarının yerinin dəyişdirilməsi ehtimalı ilə bağlı şərh verməkdən imtina edib. Lakin qurum İran Futbol Federasiyası ilə əlaqədə olduğunu və komandaların mövcud cədvələ uyğun mübarizə aparmasını gözlədiyini qeyd edib. İran qrup mərhələsində həmçinin Los-Ancelesdə Belçika, Sietlda isə Misir ilə qarşılaşmalıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:10

Raxmonaliyev Çempionlar Liqasında ən yaddaqalan oyununun "Slaviya Praqa" qarşısında qələbə olaraq bildirdi

Futbol
Bu gün, 01:04

Qabriel Jezus Bakıda ot örtüyü və oyunundan narazı qalıb

Futbol
Bu gün, 00:50

Yuventus

Futbol
Bu gün, 00:48

Sabahın Barselona matçından dərslər: Valdas Dambrauskasın gözlər və boyun ağrısı

Futbol
Bu gün, 00:35

Flik: "Sabah" Çempionlar Liqasında qəhrəmanca mübarizə apardı, bizim üçün vacib xal qazandırıblar

Futbol
Bu gün, 00:32

Valdas Dambrauskas: "Barselona" o qədər gözəl paslaşırdı ki, sağa-sola baxmaqdan boynum ağrıyırdı;

Futbol
Bu gün, 00:29

Dambrauskas: Barcelona qarşısında oyunçuların çətinliklərini hiss etdim

Qarabağ FK
Bu gün, 00:29

Anthony Gordon Azərbaycan torpaqlarında Çempionlar Liqasının tarixində yeni rekord qırdı

Futbol
Bu gün, 00:25

Hansi Flik: "Sabaha 4:1 qalib gəldik, üç xalı almaq bizim üçün vacib idi"

Futbol
Bu gün, 00:22

Hans Flik: Sabah qəhrəmanca mübarizə apardı, qələbə heç vaxt asan olmamışdır;

Futbol
Bu gün, 00:15

Beşiktaş

Futbol
Bu gün, 00:15

Flik: Sabah bizə çətin anlar yaşatdı, amma səfərdə qələbə heç vaxt asan deyil;

Futbol
Bu gün, 00:13

Hans Flik 'Sabah'ı təriflədi: 'Onlar yaxşı və cəsarətli futbol oynayırlar, bəzi anlarda bizə çətinlik yaratdılar'

Futbol
Dünən, 23:57

Fərid Qayıbov UEFA Çempionlar Liqasında

Futbol
Dünən, 23:54

“Çelsi”nin müdafiəçisi Malo Qusto üç ingilis nəhəng klubunun hədəfində

Futbol
Dünən, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 23:22

Amrabat Afrika çempionluğu qazanmasını Mərakeşdən alınıb olmağını ədalətsizlik adlandırdı

Futbol
Dünən, 23:13

Realın da addım atması lazımdır;

Futbol
Dünən, 23:07

Markos Alonso Xavinin "Barselona"dakinəsas çatışmazlığını açıqladı

Futbol
Dünən, 23:00

Çempionlar Liqasında hakimin sərxoş olması şübhəsi ilə fasilədə əvəzləndi

Futbol
Dünən, 23:00

Legionerlər hesabına uğur, yerli istedadların aqlığı: Azərbaycan futbolu yenə 'ögey oğula' əsalanır

Futbol
Dünən, 22:55

Fənərbağçanın U-19 komandası UEFA Gənclər Liqasında 6:0 məğlub oldu

Futbol
Dünən, 22:52

Liverpul 16 yaşlı Senegal hücumçusunu transfer etməyə hazırdır

Futbol
Dünən, 22:46

Nazirlər “Sabah”‑“Barselona” oyununu izləyirlər;

Oxşar xəbərlər