"Sabah"ın futbolçusu Umarali Raxmonaliyev "Barselona" ilə oyun öncəsi mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5‑ci turunda keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
"Bura gələn çoxlu özbəkistanlı jurnalist görürəm. Onların mənim üçün gəlməsi çox xoşdur. İnanıram ki, yaxşı oyun olacaq. Azarkeşlərimizin qürur duyacağı performans sərgiləyəcəyik. Sabahkı qarşılaşmada 100 faizdən də artıq gücümüzü ortaya qoymağa çalışacağıq".
Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" görüşü saat 21:45-də başlayacaq.