top
Vernidub Turan Tovuzla oyundan sonra: Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pis Sport24.az
09 mart 2026, 23:13
- ↺ +

Vernidub "Turan Tovuz"la oyundan sonra: "Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pis"

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" – "Turan Tovuz" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

 

– İlk məğlubiyyətinizi yaşadınız. Bu, komandaya necə təsir edəcək? Qəza kimi yanaşacaqsınız, ya necə?


– Nə vaxtsa bir məğlubiyyət olmalı idi. Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik. Azından heç-heçə olmalıydı, qələbə də qazana bilərdik. Böyük epizodlar olmadı. Onlar bir şansı dəyərləndirdi, biz yox. Bununla barışmaq və işləmək lazımdır.

 

– İkinci hissədə komandanın oyunu alınmırdı. "Şamaxı" ilə matçdakı hakim qərarları bu oyuna necə təsir etdi? Köklənmək problemi yox idi?


– Əlaqəsi yoxdur. Ümumi oyunda intensivlik var idi, amma ikinci hissə yaxşı alınmadı. "Turan Tovuz" zəif rəqib deyil. Üçüncü yerdədilər, amma bu gün onlardan pis oynamadıq. Buraxdığımız bir qol oyunun taleyini həll etdi.

 

– Bu heyət hədəflərinizə çatmaq üçün yetərlidirmi?


– Dəfələrlə təkrar etmişəm, gələndən eyni heyətdir. Sadəcə braziliyalı bir oyunçu (red-Brener Almeyda) transfer etmişik və belə davam edəcəyik.

 

– Cinah oyunçularınız zədəli idi. Onların yoxluğu oyuna necə təsir etdi?


– Ciddi bir şey olmadı. Məcburiyyətdən əvəzlənmə etdik. Amma bizdə 23 futbolçu var və hamısı oynamalıdır. Onlar bura oturmağa gəlməyib. Zədələrin nəticəyə ciddi təsir etdiyini düşünmürəm. Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pis. Futbolçular hər oyun artırmağa çalışır.

 

– İlk dəfə müsəlman ölkəsində işləyirsiniz. Komandanızda oruc tutanlar var. Bu, oyunçuların hazırlıq planına təsir edir?


– Həqiqətən, təsiri var. Lakin tək bizdə deyil, digər komandalarda da eyni vəziyyətdir. Onlara nəsə qadağa qoymağa haqqım yoxdur. Bunların da öhdəsindən gələcəyik. Tək bizdə deyil, eyni şey "Turan Tovuz"da da var. 7-yə kimi yemək yeməmək və 8-də oyuna çıxmaq çətindir.

 

– Özünüzdən əvvəli məşqçilərdən fərqli olaraq, nə deyirsiz ki, "komandanı hazırlamağa vaxt lazımdır", nə də "yığdığım komanda"dır. Gələcəkdə bu sözləri deməyəcəksiniz?


– Mənə qədər burda bir məşqçi olub. Həmin məşqçi haqda nəsə deyə bilmərəm, bu, qeyri-etik olar. Həm də həmkarımdır. Mənə qədər olan hamı günahkardır demərəm. Hər zaman aldığın zərbəni dəf etməyi bacarmalısan və insan olaraq qalmalısan. Ona görə də indiyə qədər çalışdığım klublarda hər zaman nəticə olub.

 

– "Qarabağ"la təxirə salınmış oyunun vaxtı açıqlanmayıb. Rəqib apreldə 3 dəfə "Sabah"a qarşı oynaya bilər. Bu halda sizinlə oyunun may ayında keçirilməsini istəyə bilər. Bu dəfə də "Qarabağ"a güzəşt edəcəksiniz?


– Qərarı nə mən, nə "Qarabağ" verir. Mən bilən AFFA bu haqda qərar verir. Nə vaxt desələr, oynamağa hazırıq. Əlbəttə, biz də öz təkliflərimizi verəcəyik. Bildiyim qədərilə, hər iki tərəf tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. "Qarabağ"a qarşı oynamaq mənim üçün də maraqlıdır. Güclü komandalara qarşı duellər yaxşı olur. Görməliyik ki, biz də oralara çatmaq üçün nələr etməliyik. Yolumuza davam edəcəyik.

 

Klubun media və marketinq direktoru Rüstəm Əfsərli:

 

"Klub adından deməliyəm ki, AFFA-nın bəyanatı gözlənilməz oldu. Çünki indiyə qədər qurumun fəaliyyəti ilə bağlı hansısa sözümüz olmayıb. Görülən işlərdən daim məmnun olmuşuq. Bu məsələlərdən iradımız olmayıb. Suallarımız hakim qərarları ilə bağlıdır. Yanlış qərarlardan ən çox əziyyət çəkən komanda bizik. Bununla bağlı suallarımız var idi. Diqqət etsəniz, mövsüm ərzində hakimlər komitəsində bizim matçda lehimizə bir yanlış qərar olduğu deyilməyib. Amma əleyhimizə olan yanlış qərarlar təsdiqlənib. Suallarımız bunlardan ibarət idi. AFFA Hakimlər Komitəsinə dəvətə görə təşəkkür edirik. "Şamaxı" ilə oyunda penaltinin doğru olduğu açıqlanandan sonra görüşə ehtiyac qalmadı. Hakimlərlə bağlı suallar var, federasiya ilə bağlı yox. Bir məqamı bildirmək istərdik, bəyanatda bir neçə xoşagəlməz, qəbulolunmaz ifadələr var idi. İctimai fikirlərin manipulyasiyası, oyun qaydaların yozulmasında şəxsi maraqlar və s. bunlar "Neftçi"yə eyham vurularaq istifadə edilə bilməz. Bizim tariximiz göz önündədir. Ümid edirəm ki, növbəti dəfə diqqət edilər və belə ifadələrdən qaçılar. Bir daha qeyd edirəm, qurumla bağlı narazılığımız yoxdur və ölkənin köklü klubu olaraq AFFA-nın qərarlarına, islahatlarına dəstək olduğumuzu bildirmək istəyirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Oxşar xəbərlər