top
Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi Idman.biz
02 noyabr 2026, 01:06
- ↺ +

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

İngiltərənin "Aston Villa" futbol komandasının baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasında İspaniyanın "Barselona" klubu ilə keçiriləcək oyun öncəsi futbolçularına xəbərdarlıq edib.

İdman.Biz İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis İngiltərə Premyer Liqasında "Fulhem"lə heç-heçədən sonra komandasının çıxışından narazı qaldığını bildirib.

İspaniyalı baş məşqçi xüsusilə ikinci hissədə futbolçularının oyuna nəzarəti itirməsini tənqid edib. Onun sözlərinə görə, "Aston Villa" "Barselona" kimi güclü rəqibə qarşı bu cür səhvlərə yol verməməlidir.

"Mən komandamdan sabit oyun görmək istəyirəm. Çempionatda keçirdiyimiz son beş qarşılaşmanın üçündə qalib gəlmişik, ikisində isə heç-heçə etmişik. Bu, pis nəticə deyil. Amma mövsümə uğursuz başladığımızı nəzərə alsaq, kifayət etmir. Çərşənbə axşamı "Barselona" ilə keçiriləcək oyun üçün düşüncə tərzimizi dərhal dəyişməliyik. İşimizi davam etdirməli və irəli getməliyik", - deyə Emeri bildirib.

Baş məşqçi komandasının oyun ərzində eyni səviyyəni qorumasının vacibliyini də vurğulayıb. O, xüsusilə ikinci hissələrdə baş verən enişlərin aradan qaldırılmasını istəyir.

"Aston Villa" İngiltərə Premyer Liqasında son beş turdur məğlubiyyətlə üzləşmir. Bununla belə, Emeri mövsümün əvvəlində itirilən xalları kompensasiya etmək üçün daha yaxşı nəticələrə ehtiyac olduğunu düşünür.

İspaniyalı mütəxəssis "Kamp Nou"da keçiriləcək qarşılaşmanın komandasını ciddi sınaq gözlədiyini də anlayır.

Qeyd edək ki, "Barselona" bu mövsüm doğma meydanda yalnız bir dəfə məğlub olub. Kataloniya təmsilçisi həmin qarşılaşmada əzəli rəqibi "Real Madrid"ə uduzub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:30

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Futbol
Bu gün, 15:40

Şahin Şahniyarov: Şəfaya qarşı 6 xallıq qələbə qazandığımızı deyə bilərəm, milli komandada daimi yer qazanmaq istəyirəm

Futbol
Bu gün, 15:30

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Futbol
Bu gün, 15:28

Maktominey 2027-ci ildə Mançester Yunaytedə qayıda bilər

Digər
Bu gün, 15:15

17 yaşlı parataekvondoçumuzdan dünya çempionatında ilk qələbə

Futbol
Bu gün, 15:14

Dezire Due çarpaz bağları qoparaq PSJ-də ciddi itki yaşadı

Futbol
Bu gün, 15:07

Musiala Barcelona’ya keçə bilər? 25 milyonluq maaş müzakirəsi

Futbol
Bu gün, 15:00

Əli Qədimov: “Məqsədimiz ilk 6-lıqda yer almaqdır”

Futbol
Bu gün, 14:56

Poçettinodan köməkçilərinə ingilis dili tələbi

Futbol
Bu gün, 14:47

Dünya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

Basketbol
Bu gün, 14:44

Azərbaycanın U-14 basketbol millisi Belqraddakı toplanışı başa vurdu: 1 qələbə, 2 məğlubiyyət

Voleybol
Bu gün, 14:40

Qadın voleybolçulardan ibarət "Turan"ın Çempionlar Liqasındakı ev oyunları Tovuzda keçiriləcək

Futbol
Bu gün, 14:38

“İstəyimizə nail ola bilmədik” – Emin Rüstəmov

Futbol
Bu gün, 14:30

“Barselona” “Sabah”la oyundan əvvəl son matçında çıxır

Digər
Bu gün, 14:30

Mahir Emrelinin komandası “Vidzev”i qəbul edəcək

Futbol
Bu gün, 14:19

“Mançester Yunayted”in kapitanı getməyə hazır olduğunu deyib

Futbol
Bu gün, 14:00

Rövlan Muradov: 'Neftçi' ilə döyüşüb-vuruşaraq xal qazanmağa çalışacağıq'

Futbol
Bu gün, 13:43

Mbappe “Real”ın futbolçularına əsəbiləşdi: “Düşünməyi dayandır!” - VİDEO

Futbol
Bu gün, 13:41

"Neftçi" Şamaxıda zirvəyə yüksələ bilər - Heyətlər

Oxşar xəbərlər