UEFA-nın prezidenti Aleksandr Çeferin milli çempionat oyunlarının ölkə xaricində keçirilməsi ideyasını tənqid edib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Martin Ziqler sosial şəbəkə hesabında məlumat yayıb.
Ali futbol qurumunun rəhbəri çempionat oyunlarının xaricdə keçirilməsi təşəbbüsünü pisləyib: "Əgər özünüz futboldan imtina edirsinizsə, yeni kimliyinizi necə yaradacaqsız, yerli futbol ehtirasını necə qoruyacaqsınız?".
Qeyd edək ki. bir müddət əvvəl mediada La Liqanın bəzi matçlarının ABŞ-da keçirilməsi ilə bağlı xəbərlər yayılıb.