Türkiyə Superliqasının 12-ci turu çərçivəsində "Gənclərbirliyi" öz meydanında "Qaziantep"i qəbul edib.
İdman.Biz xəbər verir ki, görüş paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 9-cu dəqiqədə vurulub. Oğulcan Ülgünün məhsuldar ötürməsindən sonra "Gənclərbirliyi"nin hücumçusu Adama Traore fərqlənərək komandasına üç xal qazandırıb.
Qeyd edək ki, bu oyun "Qaziantep"in yeni baş məşqçisi Volkan Dəmirəlin komandadakı ilk rəsmi matçı olub. Lakin mütəxəssis cəzalı olduğu üçün qarşılaşmanı tribunadan izləyib.
Bu qələbədən sonra xallarının sayını 14-ə çatdıran "Gənclərbirliyi" turnir cədvəlində mövqeyini yaxşılaşdırıb. Ardıcıl 8-ci oyundur qələbə qazana bilməyən "Qaziantep" isə 8 xalla qalıb.