top
Lazar Spasiç: “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” Idman.biz
Bu gün, 17:21
- ↺ +

Lazar Spasiç: “Hər iki oyunda qalib gəlməyə çalışacağıq”

"Təbii ki, nəticə hər zaman önəmlidir. Amma nəticədən asılı olmayaraq, komandamızın necə oynadığına da çox fikir veririk. Çünki əvvəllər də dediyim kimi, parketdə ümumilikdə necə görünmək istədiyimizlə bağlı müəyyən standart formalaşdırmaq çox vacibdir".

İdman.Biz xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç komandasının "Gəncə" üzərində 107:85 hesablı qələbəsindən sonra müsahibəsində daxili çempionatdakı mövqeləri, oyunun inkişafı, FIBA Çempionlar Liqasındakı perspektivlər və qarşıdakı fasilə barədə danışıb.

Mütəxəssis "Neftçi" və "Gəncə" qələbələrindən sonra komandanın hazırkı vəziyyətini və sərgilədiyi basketbolu belə dəyərləndirib:

"Bu gün komandamızın çıxışından razıyam. Çox ciddi yanaşma ilə yaxşı oyun keçirdik və düzgün istiqamətdə irəliləyirik. Bununla belə, düşünürəm ki, oyunumuzu inkişaf etdirmək üçün hələ kifayət qədər imkanlarımız var. Mövsümün hazırkı hissəsini yetərincə uğurlu hesab edə bilərik və bundan məmnunam. İndi fasiləyə yollanırıq. Qayıtdıqdan sonra növbəti oyunlara hazırlaşmalıyıq. Bizim üçün hər növbəti oyun ən vacib oyundur, amma mövsümün ən önəmli hissəsi də qarşıdadır.

'Naxçıvan'la oyundan sonra komandamızın oyununda müəyyən dəyişikliklər etdik. Bundan sonra daha yaxşı basketbol sərgiləməyə başladıq. Artıq müəyyən təməlimiz var. Bu təməlin üzərində öz oyun strukturumuzu qurmaq istəyirik. Hazırda əsas məsələ detallardır. Əlbəttə, oyunumuzu daha da inkişaf etdirə bilərik. Müxtəlif oyun vəziyyətlərindən asılı olaraq, müəyyən detalları təkmilləşdirməliyik. Bəli, şübhəsiz ki, özümüzü inkişaf etdirə və eyni istiqamətdə irəliləməyə davam edə bilərik".

Spasiç FIBA Çempionlar Liqasındakı qarşılaşmalar və qarşıdakı fasilə haqqında fikirlərini bölüşüb:

"Biz həm 'Nanterre' ilə, həm də 'Ritas' ilə oyunları qazanmağa çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik. Amma özümüzü çox yaxşı hazırlamalıyıq. Gördüyünüz kimi, səfərdə hər oyunu qazanmaq çox çətindir. Bununla belə, hər iki oyunda qalib gəlmək və klubumuzun növbəti mərhələyə vəsiqəni təmin etməsi üçün çox motivasiyalı olacağıq. İkinci, üçüncü, yoxsa birinci yeri tutacağımızı zaman göstərəcək. Amma dediyim kimi, günbəgün irəliləməli və özümüzün ən yaxşı versiyası olmalıyıq.
Hazırda komandamızın qazandığı müsbət dinamika çox yaxşıdır. Amma düşünürəm ki, fasilə də bizim üçün çox uyğun vaxta təsadüf edir. Bu, həm fiziki, həm də psixoloji baxımdan özümüzü yeniləməyimizə imkan verəcək. Ümid edirəm ki, geri qayıtdıqdan sonra eyni konsentrasiya ilə daha yaxşı görünəcəyik və inkişafımızı davam etdirəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:25

"Şəfa" - "Qəbələ" - CANLI YAYIM

Digər
Bu gün, 17:20

İlk dəfə milliyə dəvət alan “Şimal”lı: “Açığı, özümə güvənirdim”

Digər
Bu gün, 17:19

Azər Bağırov: “Say üstünlüyündə hücuma atıldıq, rəqib bizi cəzalandırdı”

Futbol
Bu gün, 17:16

Gənclərbirliyi 1-0 ilə Qaziantep'i məğlub etdi

Tennis
Bu gün, 16:59

Rafael Nadal ‘Real Madrid’ idarə heyətində

Futbol
Bu gün, 16:54

Kurban Berdiyev: 2-0 Qələbə, Uşaqlar Qızıl Kart Sonrası Xarakter Göstərdilər

Futbol
Bu gün, 16:46

Nigeriyalı hücumçu Əhməd Ticani Azərbaycanda 20 ildən sonra "Sportinfo"ya müsahibə verdi

Futbol
Bu gün, 16:45

Peres noyabrın 21-də klub üzvləri toplantısında "Barselona"ya qarşı sərt çıxış edəcək

Minifutbol
Bu gün, 16:40

AFFA futzal sahəsində yeniliklərə imza atdı - U-19 liqası yaradıldı

Digər
Bu gün, 16:39

Arteta Poçettinoya uğurlar arzuladı: “O, mənim üçün nümunədir”

Digər
Bu gün, 16:25

“Real” satılacaq, ya yox?

Digər
Bu gün, 16:23

Yevlaxda “Zəfər nəsli” festivalında idman və əyləncə bir arada - FOTO

Qarabağ FK
Bu gün, 16:20

Azərbaycanın 3 klub Avropanın ən etibarlı ilk “50-liy”ində

Futbol
Bu gün, 16:05

"Turan Tovuz" - "Şamaxı" matçında Joarlem Santos zədələnib

Futbol
Bu gün, 16:05

Zəngəzur UEFA Regionlar Kubokunda 12 topla məğlub oldu

Futbol
Bu gün, 16:00

Yeni prezident və dostu mükafatları 15 min manata çatdırdı

Futbol
Bu gün, 15:59

Harri Keynin Sol Ayaq Zədəsi Həzzindən Əlvida: 2026 Sonu Ən Böyük Rəqibə Sərbəst

Futbol
Bu gün, 15:40

Arda Gülərin Real Madridlə yeni müqaviləsi ilə maaşı iki dəfə artdı

Digər
Bu gün, 15:36

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

Digər
Bu gün, 15:20

Ronaldo 1000-ə bir addım da yaxınlaşdı, sevinə bilmədi - VİDEO

Digər
Bu gün, 15:19

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə oğlunu unutmadı - VİDEO

Digər
Bu gün, 15:18

İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı

Futbol
Bu gün, 15:10

"Spartak" "Beşiktaş"ın yarımmüdafiəçisi O Hyon Kyunu almaq istəyir, "Beşiktaş" 30 milyon avrodan aşağı satmaq niyyətində deyil

Oxşar xəbərlər