top
Azər Bağırov: “Say üstünlüyündə hücuma atıldıq, rəqib bizi cəzalandırdı” Sport24.az
Bu gün, 17:19
- ↺ +

Azər Bağırov: “Say üstünlüyündə hücuma atıldıq, rəqib bizi cəzalandırdı”

"Şamaxı" Misli Premyer Liqasının XII turunda doğma meydanda "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Maraqlı oyun oldu. Çox təəssüflər olsun ki, uduzduq. Birinci hissədə uşaqlar yaxşı mübarizə apardılar. Demək olar ki, rəqibə qol imkanları yaratmaq üçün imkan vermədik. İkinci hissədə  psixoloji tarazlıq pozuldu. Oyun üslübumuzda müəyyən axsamalar oldu. Amma yenə də yolumuza davam edəcəyik. Oyundan-oyuna belə hallara hazırlıqlı olmalıyıq. Hakim də, digərləri də səhv qərar verə bilər. Amma biz daha güclü olmalıyıq.

 

- Fasilədə Ayman Bualini əvəzlədiz. Bu, zədə ilə bağlı idi?

 

- Belə bir qayda yoxdur ki, bütün futbolçularda hər şey alınsın. Buali birinci hissədə meydanda istədiklərimizi vermədi. Amma ondan razıyıq. Futboldur, əvəzetmə də olur. Daha yaxşısını etmək istədik. Necə alındığı artıq sonrakı məsələdir.

 

- Hakimliklə bağlı fikriniz necədir?

 

- Emin Əliyev gənc hakimlərimizdəndir. Səhv hamıda olur. Biz də səhv edə bilirik. bu gün hər birimiz Azərbaycan futboluna xidmət edirik. Ölkə futboluna nələrisə qazandırmağa çalışmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm.

 

- Komandanız say üstünlüyü əldə etsə də, rəqib qol vurdu. Sizcə, niyə belə oldu?

 

- Komanda qol vurmağa tələsdi. Hücuma atıldıq. Gözlədiyimiz başımıza gəldi. "Turan Tovuz"un futbolçularının fərdi keyfiyyətlərini bilirik. Fərdi keyfiyyətin nəticəsində də qol vurdular. Sevindirici hal odur ki, gənc futbolçu Hacıəli Şirəliyev bu gün debüt etdi. Buna sözün əsl mənasında sevinirəm.

 

- Fasilədə siz hakimlə müzakirə aparanda Yunis Hüseynov müdaxilə etdi. Orada nə baş vermişdi?

 

- Yunis müəllim bizim veteran futbolçularımızdandır. Meydançada bəzi şeyləri düzgün görməyib. O, elə düşünürdü ki, mən azarkeşləri qızışdırıram. Buna görə mənə iradını bildirdi. Məsələ bitdi. Azarkeşlərdən xahiş elədim ki, hakimlərə nəsə deməsinlər, ancaq komandamıza dəstək olsunlar. Həmişə düzgün nədirsə, onun arxasındayam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:25

"Şəfa" - "Qəbələ" - CANLI YAYIM

Digər
Bu gün, 17:21

Lazar Spasiç: “Hər iki oyunda qalib gəlməyə çalışacağıq”

Digər
Bu gün, 17:20

İlk dəfə milliyə dəvət alan “Şimal”lı: “Açığı, özümə güvənirdim”

Futbol
Bu gün, 17:16

Gənclərbirliyi 1-0 ilə Qaziantep'i məğlub etdi

Tennis
Bu gün, 16:59

Rafael Nadal ‘Real Madrid’ idarə heyətində

Futbol
Bu gün, 16:54

Kurban Berdiyev: 2-0 Qələbə, Uşaqlar Qızıl Kart Sonrası Xarakter Göstərdilər

Futbol
Bu gün, 16:46

Nigeriyalı hücumçu Əhməd Ticani Azərbaycanda 20 ildən sonra "Sportinfo"ya müsahibə verdi

Futbol
Bu gün, 16:45

Peres noyabrın 21-də klub üzvləri toplantısında "Barselona"ya qarşı sərt çıxış edəcək

Minifutbol
Bu gün, 16:40

AFFA futzal sahəsində yeniliklərə imza atdı - U-19 liqası yaradıldı

Digər
Bu gün, 16:39

Arteta Poçettinoya uğurlar arzuladı: “O, mənim üçün nümunədir”

Digər
Bu gün, 16:25

“Real” satılacaq, ya yox?

Digər
Bu gün, 16:23

Yevlaxda “Zəfər nəsli” festivalında idman və əyləncə bir arada - FOTO

Qarabağ FK
Bu gün, 16:20

Azərbaycanın 3 klub Avropanın ən etibarlı ilk “50-liy”ində

Futbol
Bu gün, 16:05

"Turan Tovuz" - "Şamaxı" matçında Joarlem Santos zədələnib

Futbol
Bu gün, 16:05

Zəngəzur UEFA Regionlar Kubokunda 12 topla məğlub oldu

Futbol
Bu gün, 16:00

Yeni prezident və dostu mükafatları 15 min manata çatdırdı

Futbol
Bu gün, 15:59

Harri Keynin Sol Ayaq Zədəsi Həzzindən Əlvida: 2026 Sonu Ən Böyük Rəqibə Sərbəst

Futbol
Bu gün, 15:40

Arda Gülərin Real Madridlə yeni müqaviləsi ilə maaşı iki dəfə artdı

Digər
Bu gün, 15:36

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

Digər
Bu gün, 15:20

Ronaldo 1000-ə bir addım da yaxınlaşdı, sevinə bilmədi - VİDEO

Digər
Bu gün, 15:19

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə oğlunu unutmadı - VİDEO

Digər
Bu gün, 15:18

İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı

Futbol
Bu gün, 15:10

"Spartak" "Beşiktaş"ın yarımmüdafiəçisi O Hyon Kyunu almaq istəyir, "Beşiktaş" 30 milyon avrodan aşağı satmaq niyyətində deyil

Oxşar xəbərlər