Almaniya Bundesliqasının 10-cu turunda "Köln"lə oyunda zədələnən Harri Keyndən xəbər var.
İdman.Biz xəbər verir ki, hücumçu sosial şəbəkə hesabında zədələnməsi ilə bağlı paylaşım edib.
"Həyatın enişli-yoxuşlu anları olur! Bu zədəni aldığım üçün təbii ki, çox məyusam. Amma həmişə olduğu kimi, bunu dözümlülüyümü və inkişafımı göstərmək, 2027-ci ilə daha yaxşı hazırlaşmaq üçün fürsət hesab edirəm.
Mövsümün həlledici mərhələsində yenidən güclü və hazır vəziyyətdə olacağam", – deyə o yazıb.
Qeyd edək ki, bu gün Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keynin tibbi müayinəsinin nəticəsi açıqlanıb.
Münhen klubunun rəsmi saytının məlumatına görə, Harri Keynin sol ayaq biləyində sindesmoz bağının qopması müəyyən edilib. Bu səbəbdən 33 yaşlı hücumçu 2026-cı ilin sonunadək komandasına kömək edə bilməyəcək. O, noyabrın 25-də Çempionlar Liqasında "Lill"ə qarşı səfər oyununu da buraxacaq.