Rusiyanın "Spartak" klubu Cənubi Koreya millisinin və Türkiyə "Beşiktaş"ının hücumçusu O Hyon Kyunun transferi uğrunda "Hall Siti" və "Tottenhem"lə rəqabət apara bilər.
Sportify.az xəbər verir ki, bu barədə "Transfer Haberleri" X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, Türkiyə klubunun rəhbərliyi 25 yaşlı hücumçunu 30 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. Bonuslar da nəzərə alınmaqla, "Beşiktaş" futbolçunun satışından 40 milyon avro gəlir əldə etməyi planlaşdırır.
O Hyon Kyu cari mövsümdə bütün turnirlərdə 19 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun İstanbul klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.