“Turan Tovuz” Misli Premyer Liqasının 12-ci turunda “Şamaxı” ilə matçda ciddi itki ilə üzləşib.
Sportify.az xəbər verir ki, Tovuz təmsilçisinin yeganə qolunun müəllifi Joarlem Santos 62-ci dəqiqədə zədələnib. Top uğrunda mübarizədə rəqibin heyətindən Emil Rüstəmovla baş-başa toqquşan Santos yerə yıxılıb. Futbolçu həkimlərin müdaxiləsindən sonra meydanı xərəklə tərk edib.
Qeyd edək ki, hazırda “Turan Tovuz” minimal hesabla qalib gəlir.