top
Türkiyə Kuboku: Yarımfinal cütlükləri müəyyənləşdi - Beşiktaş və Trabzonspor da yarımfinalda Idman.biz
24 aprel 2026, 01:31
- ↺ +

Türkiyə Kuboku: Yarımfinal cütlükləri müəyyənləşdi - "Beşiktaş" və "Trabzonspor" da yarımfinalda

Türkiyə kubokunda dörddəbir final mərhələsi başa çatıb və mübarizəni davam etdirən son dörd komanda məlum olub. Gərgin keçən qarşılaşmalardan sonra yarımfinalda "Gənclərbirliyi" - "Trabzonspor" və "Beşiktaş" - "Konyaspor" cütlükləri üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, dörddəbir final mərhələsi sensasiyalı nəticələrlə yadda qalıb. "Konyaspor" səfərdə "Fənərbağça"nı uzatma dəqiqələrində vurduğu qolla (1:0) turnirdən kənarlaşdırıb. Digər sürpriz isə Ankarada yaşanıb; "Qalatasaray"ı 2:0 hesabı ilə məğlub edən "Gənclərbirliyi" yarımfinala vəsiqə qazanıb. "Trabzonspor" penaltilər seriyasında "Samsunspor"u (3:1), "Beşiktaş" isə "Alanyaspor"u (3:0) keçərək adını növbəti mərhələyə yazdırıb.

Yarımfinal oyunlarının ilkin təqvimi də müəyyənləşib. "Beşiktaş" - "Konyaspor" matçı mayın 5, 6 və ya 7-də baş tutacaq. Bu oyunun tarixindəki dəyişikliyə səbəb mayın 20-də "Tüpraş Stadium"da keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasıdır. "Gənclərbirliyi" - "Trabzonspor" görüşü isə mayın 12-14-ü aralığında oynanılacaq.

Qeyd edək ki, yarımfinal mərhələsi tək oyundan ibarət olacaq. Bu görüşlərdə qalib gələn tərəflər mayın 24-də keçiriləcək böyük finalda çempionluq uğrunda mübarizə aparacaqlar.

00:06

Türkiyə kubokunun dörddəbir final mərhələsində "Beşiktaş" öz meydanında "Alanyaspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 17-ci dəqiqədə El Bilal Ture açıb. Oyunun 82-ci dəqiqəsində Olaitan rəqib qapıçısının səhvindən yararlanaraq topu Ohuna ötürüb, o isə fərqi ikiyə çatdırıb. Cəmi üç dəqiqə sonra Milot Raşitsanın sağ cinahdan ötürməsini Orkun Kökçü kəllə zərbəsi ilə qola çevirərək matçın son nöqtəsini qoyub.

Bu qələbə ilə adını yarımfinala yazdıran Sergen Yalçının yetirmələri final yolunda "Konyaspor"la qarşılaşacaqlar. "Fənərbağça"nı turnirdən kənarlaşdıran Konya təmsilçisi ilə keçiriləcək oyun "Beşiktaş"ın ev sahibliyi ilə baş tutacaq. "Alanyaspor" isə bu məğlubiyyətlə kubokla vidalaşıb.

22:45

Türkiyə kubokunun dörddəbir final mərhələsində "Trabzonspor" səfərdə "Samsunspor"un qonağı olub. Normal vaxtı və əlavə dəqiqələri qolsuz bərabərliklə başa çatan mübarizənin taleyi penaltilər seriyasında həll olunub.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 69-cu dəqiqəsində Şerif Ndiaenin qırmızı vərəqə alması ilə meydan sahibləri azlıqda qalıblar. Buna baxmayaraq, "Trabzonspor" rəqib qapısına yol tapa bilməyib və oyun penaltilər seriyasına qədər uzanıb.

"Bordo-mavililər"in qapıçısı Andre Onana penaltı atışları zamanı üç dəfə seyv edərək matçın qəhrəmanına çevrilib. Yekunda rəqibinə 3:1 hesabı ilə qalib gələn Trabzon təmsilçisi yarımfinala vəsiqəni rəsmiləşdirib.

"Trabzonspor" yarımfinal mərhələsində "Gənclərbirliyi" ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Oxşar xəbərlər