"Tottenhem" "Bornmut"un hücumçusu Eli Junior Kroupini qış transfer dönəmində heyətinə qatmaqda maraqlıdır. Sport24.az "TEAMtalk" portalına istinadən xəbər verir ki, zədədən yeni qayıdan fransalı hücumçu bir sıra aparıcı klubların diqqətini çəkib.
Mənbənin sözlərinə görə, "Tottenham" hələ Ömər Marmuşla maraqlanmazdan əvvəl Kroupinin keçidini nəzərdən keçirib. Lakin yayda aldığı zədə mümkün transferin baş tutmasına mane olub.
Zədədən sonra heyətə qayıdan Kroupi "Bornmut"un son üç matçında iştirak edib və "Lids" üzərində qazanılan 2:0 hesablı qələbədə məhsuldar ötürmə ilə yadda qalıb. "Tottenham"lə yanaşı, "Arsenal", "Mançester Yunayted", "Çelsi", PSJ cə "Barcelona" da onu yaxından izləyir.