top
Torreensenin 109 İllik Tarixində İlk Kubok Qələbəsi - VİDEO Idman.biz
24 may 2026, 23:55
- ↺ +

"Torreense"nin 109 İllik Tarixində İlk Kubok Qələbəsi - VİDEO

Futbol üzrə Portuqaliya Kubokunda mövsümün ən böyük sensasiyalarından biri yaşanıb.

İdman.Biz xəbər verir ki, Portuqaliyanın ikinci liqa təmsilçisi "Torreense" finalda "Sportinq"i 2:1 hesabı ilə məğlub edərək ölkə kubokunu qazanıb. Qarşılaşma Lissabondakı "Estadio Nacional do Jamor" stadionunda keçirilib.

"Torreense" oyuna sürətli başlayıb və dördüncü dəqiqədə Kevin Zohinin qolu ilə hesabı açıb. "Sportinq" 54-cü dəqiqədə Luis Xavyer Suaresin qolu ilə tarazlığı bərpa edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda həlledici zərbəni "Torreense" vurub. 113-cü dəqiqədə Stopira penaltini dəqiq yerinə yetirib və komandasına tarixi qələbə qazandırıb. "Sportinq" 109-cu dəqiqədə Maksimiliano Arauxonun qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Bu nəticə "Torreense" üçün tarixi uğur sayılır. Belə ki, klubun 109 illik tarixində ilk böyük tituldur. Klub daha əvvəl Portuqaliya Kubokunun finalında yalnız 1956-cı ildə çıxış edib və həmin vaxt "Portu"ya məğlub olub. Bu dəfə isə Torres Vedras təmsilçisi 70 ildən sonra finala qayıdışını kubokla tamamlayıb.

"Torreense"nin ev oyunlarını keçirdiyi "Estadio Manuel Marques" stadionu cəmi 2431 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, Portuqaliya Kubokunun qalibi növbəti mövsüm UEFA Avropa Liqasında iştirak hüququ qazanır. "Torreense" bununla yanaşı, elitaya yüksəlmək üçün pley-off mübarizəsini də davam etdirir. Komanda "Kaşa Pia" ilə cavab oyununa çıxacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

Qalatasaray, Viktor Osimhen olmadan Aston Villa ilə oynayacaq

Tennis
Bu gün, 18:25

Ölkə kubokunda 100-dən çox tennisçi mübarizə aparır

Futbol
Bu gün, 18:22

Emre Mor Sağlamlıq Problemləri Nəqlində Futbola Ara Vermək İstəyir

Futbol
Bu gün, 18:20

“Onun baxışları ilə razılaşdım, buna görə də bura gəlməyə qərar verdim”

Futbol
Bu gün, 18:17

“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

Futbol
Bu gün, 18:06

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:00

Baş məşqçi postuna təsdinləndi, üzərində BÖYÜK ÖHDƏLİK götürdü

Futbol
Bu gün, 18:00

Napoli"nin futbolçusu Antonio Verqara "Torino"ya qarşı matçda sakatlanıb

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Futbol
Bu gün, 17:40

CAS-ın qərarı sabah Mərakeşi, yoxsa Seneqalı sevindirəcək?

Futbol
Bu gün, 17:38

“Şimal”ın baş məşqçisi böyükhesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 17:23

“Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq

Futbol
Bu gün, 17:23

Şamaxının ev stadionunda işıqlandırma sistemi quraşdırılır

Futbol
Bu gün, 17:20

“Mənə “qırmızı”nı niyə göstərdiyini özüm də anlamadım” - Qəribə səbəb göstərdi

Futbol
Bu gün, 17:16

Ukraynada yetişən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

Futbol
Bu gün, 17:10

PSJ rusiyalı qapıçını komandada saxlayır

Futbol
Bu gün, 17:10

Arda Gülər Yamalı qabaqladı

Futbol
Bu gün, 17:09

“Marafon”dan darmadağın, “Şəmkir”dən inamlı qələbə

Cüdo
Bu gün, 17:04

“Övladınızın fiziki və ruhən güclü olmağını istəyirsinizsə, onu kunq-fu sandaya yazdırın” - Toğrul Mikayılovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Futbol
Bu gün, 17:03

«Real»dan Endriklə bağlı açıqlama

Futbol
Bu gün, 17:00

UEFA "Sabah"ın futbolçusuna ağır cəza verdi

Futbol
Bu gün, 17:00

“AFFA-nın və sponsorların bizdən xəbəri yoxdur, klubumuzun prezidenti yalançıdır”

Qarabağ FK
Bu gün, 16:56

Toral Bayramova Azərbaycandan təklif var - Özəl

Oxşar xəbərlər