top
Timoteuş Puxaç: Liqanın rəmzi heyətində Sabahdan 11 oyunçu olardı - MÜSAHİBƏ Idman.biz
14 may 2026, 14:12
- ↺ +

Timoteuş Puxaç: "Liqanın rəmzi heyətində "Sabah"dan 11 oyunçu olardı" - MÜSAHİBƏ

"Mənim üçün də yaxşı mövsüm keçdi".

Bunu "Sabah" klubunun polşalı sağ cinah müdafiəçisi Timoteuş Puxaç Azərbaycan Kubokunun finalından sonra AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Finalda "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək titul qazandınız. Oyunla bağlı fikirləriniz necədir?

- Düşünürəm ki, matç boyu daha üstün tərəf biz idik. Həm birinci, həm də ikinci hissədə oyuna nəzarət edən komanda "Sabah" oldu. Rəqib əsasən müdafiəyə üstünlük verirdi. Biz isə meydanda daha keyfiyyətli futbol göstərdik və bunu kuboku qazanmaqla sübut etdik. Finalda qalib gəlmək bizim üçün çox vacib idi və buna görə xoşbəxtik.

- Premyer Liqada çempionluğu vaxtından əvvəl təmin etdiniz, ardınca kuboku da qazandınız. Mövsümü necə dəyərləndirirsiniz?

- Məncə, bu mövsüm ölkənin ən yaxşı komandası biz idik. Həm çempionatda, həm də kubokda bunu göstərdik. Komandanın mövsümün əvvəlindən konkret planı və məqsədi var idi. Futbolçular, məşqçilər heyəti və bütün kollektiv vahid komanda kimi çalışdı. Bunun nəticəsində "qızıl dubl" etdik. Düşünürəm ki, bu uğura tam layiq idik.

- "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Bu barədə nə düşünürsünüz?

- Bizi maraqlı və məsuliyyətli oyunlar gözləyir. Çempionlar Liqasında iştirak etmək hər futbolçu üçün xüsusi motivasiyadır. Biz bu matçlara ciddi hazırlaşacağıq və ümid edirəm ki, liqa mərhələsinə qədər irəliləyə biləcəyik. Yaxşı komandamız var və düşünürəm ki, uğurlu nəticələr əldə edə bilərik. Əlbəttə, futbolda hər şey zəhmət və bir qədər də qismətdən asılıdır.

- Mövsüm ərzində şəxsi çıxışınızı necə qiymətləndirirsiniz?

- Mənim üçün də yaxşı mövsüm keçdi. Çoxlu sayda məhsuldar ötürmələr etdim, komandaya fayda verməyə çalışdım. Amma ən vacibi kollektiv uğurdur. Açığı, düşünürəm ki, bu mövsüm komandamızdakı hər bir futbolçu yüksək səviyyədə çıxış etdi. Hətta liqanın rəmzi heyəti qurulsa, orada "Sabah"dan 11 oyunçu olar. Biz hər gün məşqlərdə inkişaf etməyə çalışırıq və bunun nəticəsini meydanda görürük.

- Final matçındakı atmosfer barədə nə deyə bilərsiniz?

- Atmosfer möhtəşəm idi. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verdi. Hamının qələbə istədiyini hiss edirdik. Açığı, atmosfer mənə Çempionlar Liqasının oyunlarını xatırlatdı. Gələn mövsüm Avropada da bizi belə ab-havanın gözlədiyini bilirik və bu, çox sevindiricidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Oxşar xəbərlər