Son turlarda uğursuzluğa düçar olan "Sumqayıt" azarkeşlərə jest etməyə qərar verib. Sport24.az xəbər verir ki, bununla bağlı "kimyaçılar"ın mətbuat xidməti klubun sosial şəbəkə hesabında paylaşım edib.
Misli Premyer Liqasının XXIV turu çərçivəsində bu gün keçiriləcək "Şamaxı" ilə matçda stadiona giriş pulsuz olacaq.
Qeyd edək ki, oyunun start fiti saat 20:30-da səslənəcək.