top
Siyasət Əsgərov: Azərbaycan millisinin məqsədi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır Idman.biz
10 aprel 2026, 15:06
- ↺ +

Siyasət Əsgərov: Azərbaycan millisinin məqsədi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır

"Azərbaycanın qadın futbolçulardan ibarət millisinin əsas məqsədi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır".

Bunu komandanın baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis xarici klublarda çıxış edən futbolçuların durumunun qaneedici olduğunu söyləyib.

"Aprelin 7-dən məşqlərə başlamışıq. Millinin düşərgəsinə qoşulan oyunçuların əksəriyyəti xarici klublarda çıxış edənlərdir. Qızların çoxu öz komandalarında start "11-lik"də yer aldıqları üçün oyun praktikaları və kondisiyaları yaxşıdır. Bəzi oyunçularımız var ki, çıxış etdikləri I Liqa təmsilçilərinin çempionatı bitdiyi üçün hazırlıqlarında bir az fərq var. Amma ümumilikdə durum çox yaxşıdır", - deyə o, report.az-a açıqlamasında bildirib.

O, Andorra ilə səfər oyununun çətin keçəcəyini vurğulayıb:

"Hər iki oyuna ciddi hazırlaşmışıq. İlk matçımız səfərdə olacaq və düşünürəm ki, çətin keçəcək. Andorra qrup lideri Macarıstanla heç-heçə edib. Onlar evdə maksimum nəticə üçün oynayacaqlar. Biz də rəqibin üstün və zəif cəhətlərini bilirik, məşq proseslərini buna uyğun qurmuşuq. İlk oyunda maksimum nəticəni hədəfləyirik".

Millinin baş məşqçisi hazırlıq qrafikinə toxunub:

"Aprelin 14-nə qədər hazırlıq keçəcəyik və düşünürəm ki, bizim üçün yetərli müddətdir. Bundan maksimum yararlanmağa çalışacağıq. İkinci oyun aprelin 18-də olacaq. Bir qədər yol yorğunluğu ola bilər. Çünki ilk matçdan sonra dərhal qayıtmalıyıq ki, evdə keçirəcəyimiz görüşə hazırlaşaq. Bərpa dönəmində bir qədər sıxıntı ola bilər. İstənilən halda məqsədimiz hər iki oyuna maksimum hazır olmaqdır".

S.Əsgərov qrupdakı rəqiblərin gücü və millinin əsas hədəfi haqqında danışıb.

"Macarıstan son iki ildə C Liqasına düşüb. Həmişə A Liqasında oynayırdı. Heyətindəki oyunçuların keyfiyyətinə görə qrupun lideridir. Düzdür, Şimali Makedoniya üzərində evdə qələbə qazanmışıq, lakin təəssüf ki, Macarıstana səfərdə 0:1 hesabı ilə uduzduq. Məqsədimiz maksimum nəticə göstərmək, qrupda yüksək pillələri təmin etmək və pley-off mərhələsinə vəsiqə qazanmaqdır".

Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsində C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi Andorra ilə aprelin 14-də səfərdə, 18-də isə Bakıda qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Oxşar xəbərlər