"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunun yarımfinalında "Barselona" ilə matç zamanı diqqətçəkən addımı ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, D.Simeone qarşılaşma 3:0 hesabı ilə davam edərkən katalonların gənc ulduzu Lamin Yamal tərəfə jest edib. O, üç barmağını qaldıraraq komandasının üstünlüyünü nümayiş etdirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü 3 martda Barselonada keçiriləcək.
Bu mövsüm Lamin Yamal bütün turnirlərdə 31 oyuna çıxıb. O, aktivinə 15 qol və 13 məhsuldar ötürmə yazdırıb.