top
Sessi D'Almeyda: Hər qələbə özünəinamı daha da artırır - MÜSAHİBƏ Sport24.az
11 may 2026, 11:00
- ↺ +

Sessi D'Almeyda: "Hər qələbə özünəinamı daha da artırır" - MÜSAHİBƏ

"Neftçi"nin yarımmüdafiəçisi Sessi D Almeydanın Sport24.az saytına müsahibəsi

 

- Misli Premyer Liqasının 31-ci turunda "Şamaxı"nı 3:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

 

- Yaxşı oyun alındı. Matça fəal başladıq. Erkən qol vurmağa müvəffəq olduq. Qoldan sonra da üstünlük bizim tərəfimizdə idi. Ümumiyyətlə, ilk dəqiqədən sona qədər oyuna nəzarət bizim tərəfimizdə idi. İkinci hissədə daha iki dəfə fərqləndik. Bizim üçün vacib qələbə idi. İndi son 2 turu düşünməliyik.

 

- Demək olar ki, erkən qol vurmağınız işinizi daha da asanlaşdırdı?

- Təbii ki, erkən qol vurmağımız oyunumuza müsbət təsir etdi. Belədə özünəinam daha da artır. 

 

- Əvvəlki 2 oyunda "Şamaxı"nı məğlub edə bilməmişdiniz. Bu dəfə belə asan qələbə qazanmağınızı nə ilə bağlamaq olar?

- İkinci dövrədəki matçı yəqin ki, siz də xatırlayırsınız. Qələbəyə çox yaxın idik. Lakin indi həmin anları xatırlamaq nəyisə dəyişməyəcək. Son zamanlar komandamız yaxşı formadadır. Hər qələbə özünəinamı daha da artırır. 

 

- Artıq "Zirə" ilə xal fərqiniz 3-dür. Bu üstünlüyü sona kimi qorumaq mümkün olacaq? 

- Son 2 iki tur qalıb. Məqsədimiz mövsümü uğurla başa vurmaqdır. İndi turnir cədvəlinə çox da fikir vermirik. Qarşıdakı iki matçda da qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik.

 

- "Neftçi"nin avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?

- Əlbəttə, avrokuboklara yollanmağı çox istəyirik. Məqsədimiz budur. Biz öz üzərimizə düşəni maksimum dərəcədə yerinə yetiririk. Lakin təəssüf ki, avrokuboklara getməyimiz tək özümüzdən asılı deyil. 

 

- Yəni kubokun finalında "Sabah"a azarkeşlik edəcəksiniz...

- Təbii ki (gülür). Rəqiblərə hörmətlə yanaşırıq. Amma "yox" desəm, yalan olar. 

 

- Artıq indidən özünüz üçün növbəti mövsümün planlarını cızmısınız?

- Hər hansı dəyişiklik olmayacaq. "Neftçi" ilə hələ daha bir illik müqaviləm var. Burada məni hər şey qane edir. Yeni mövsümdə də komandamın uğurları üçün əlimdən gələni edəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər