"Bu gün hücum xəttində yer alan üç futbolçu – mən, Kərim və Entoni əvvəllər heç vaxt birlikdə oynamamışdıq".
Apasport.az xəbər verir ki, bunu "Barselona"nın futbolçusu Qabriel Jezus UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah"la keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Braziliyalı hücumçu qarşılaşma və komandasının çıxışı barədə fikirlərini bölüşüb:
"Bütün bunlara baxmayaraq, qol vurduğumuz üçün çox xoşbəxtəm. Üstəlik, vacib üç xal qazandıq. Bizim üçün hər oyunda yaxşı çıxış etmək və qalib gəlmək önəmlidir. Bu gün mənim üçün çox yaxşı oyun oldu. Meydanda özümü əla hiss edirdim. Ümid edirəm ki, heç kim zədələnməyib.
Komandamızda yüksək keyfiyyətə malik futbolçular var. Hər gün məşq edirik və hazırlıq prosesimiz kifayət qədər çətin keçir. Bu gün isə hamı futbolçularımızın potensialını gördü. Düşünürəm ki, bu, bütün komandanın inkişafına kömək edəcək".
Jezus az oyun şansı qazanan futbolçuların özlərini göstərmək imkanından da danışıb:
"Bu barədə danışmaq bir qədər çətindir. Çünki hər gün birlikdə məşq edirik. Baş məşqçimiz çox təcrübəlidir və bilir ki, bir oyun komanda ilə bağlı fikirləri dəyişməyəcək. Bu gün də rəqibə hörmətlə yanaşaraq meydana çıxdıq".