Azərbaycan millisinin üzvü Lorenzo Mezzotero çıxış etdiyi İtaliyanın “Sampdoriya” klubunda daha 2 qol vurub.
Sportify.az xəbər verir ki, İtaliya B Seriyasının 13-cü turunda “Padova” ilə oyunun 19-cu dəqiqəsində Mezzotero hesabı açıb. 10 dəqiqə sonra hesab bərabərləşib. Covanni Ciunti tarazlığı bərpa edib. İkinci hissədə səylərini davam etdirən 18 yaşlı azərbaycanlı hücumçu istəyinə çatıb. 84-cü dəqiqədə Lorenzo İnsinyenin ötürməsindən sonra Mezzotero qələbə qolunun müəllifi olub – 2:1.
Bununla da, “Sampdoriya”nın əsas heyətində çıxış edən Azərbaycan millisinin üzvü B Seriyasında qollarının sayını 4-ə çatdırıb.
Qeyd edək ki, ardıcıl 4-cü qələbəsini qazanan “Sampdoriya” 17 xalla 10-cu pillədə qərarlaşıb. “Padova” isə 16 xalla 13-cüdür.