"Şahdağ Qusar"ın futbolçusu Ruslan Voronsovu biz də transfer etmək istəyirdik. Amma alınmadı". Bu sözləri Sport24.az-a "Şəfa"nın baş məşqçisi Elgiz Kərimli deyib.
Birinci Liqanın liderinin çalışdırıcısı keçidin baş tutmamasının səbəbinə də aydınlıq gətirib:
"Səbail" daha çox pul təklif etdiyi üçün o, həmin klubu seçdi. Hazırda isə danışıq apardığımız oyunçu yoxdur".
Çalışdırıcı "Şəfa"nın futbolçularına təklif varmı" sualını belə cavab verib:
"Misli Premyer Liqasında çıxış edən komandalardan biri Elnur Cəfərovu heyətinə qatmaq istədi. Təklif də var idi. Amma onu komandada saxlamağa qərar vermişik".
Qeyd edək ki, aktivində 30 xal olan "Şəfa" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Səbail" 22 xalla üçüncü yerdədir.