top
Nihad Tağızadə: Tailandda hava şəraiti çətin olsa da, Azərbaycan bayrağını dalğalandırmaq üçün döyüşürəm Idman.biz
14 yanvar 2026, 17:07
- ↺ +

Nihad Tağızadə: Tailandda hava şəraiti çətin olsa da, Azərbaycan bayrağını dalğalandırmaq üçün döyüşürəm

"Tailanda gələndə hava şəraiti çox ağır gəldi, nəfəs almaqda çətinlik çəkirdim".

Bu sözləri hazırda Tailandda yaşayan Azərbaycan kikboksçusu Nihad Tağızadə AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Tailandda təlim prosesi necə keçir? Oradakı məşq sistemində nə kimi fərqliliklər var?

- Məşqlər gündə iki dəfə olmaqla, səhər və axşam keçirilir. Məşqlər ağır olur, amma artıq 12 ildir bu idman növü ilə məşğulam. Bədən artıq bu ritmə öyrəşib.

- Artıq üç aydır oradasınız. Bu müddətdə sizin üçün ən çətin olan nə olub? Döyüşlər, məşqlər, yoxsa adaptasiya?

- İlk gələndə hava şəraiti çox ağır gəldi, nəfəs almaqda çətinlik çəkirdim. Amma döyüş və məşq məsələsinə gəlsək, artıq bu idmanın içindəyik, hər çətinliyə hazırıq. Düşünürəm ki, hər nə qədər əziyyətli olsa da, Azərbaycan Bayrağını okeanın o tayında dalğalandırmaq və bu kimi hədəflər uğrunda çalışmaq bütün çətinlikləri unutdurur. Hazırda Tailandda öz hesabımıza məşq edirik. Maddi baxımdan hər hansı dəstəyimiz yoxdur. Bu da burada qalmaq və məşqləri davam etdirmək baxımından müəyyən çətinliklər yaradır.

- Üç döyüş keçirmisiniz və hər birində qələbə qazanmısınız. Özünüzdən belə nəticələr gözləyirdinizmi? Ümumiyyətlə, performansınızı necə qiymətləndirirsiniz?

- Bəli, artıq üç döyüş və üç qələbəm var. Onlardan ikisi nakautla nəticələnib. Bu qədər əziyyətdən sonra düşünürəm ki, qələbəyə layiqik. Qürbətdə olsaq da, sosial şəbəkələrdə insanların dəstəyi bizə əlavə motivasiya verir.

- Nakautla qazandığınız döyüşlərdə hansı taktikanız işə yaradı?

- Daha çox əllərdən istifadə edirdim. Amma qeyd etməliyəm ki, ayaq zərbələrim də kifayət qədər güclüdür.

- Tailandlı döyüşçülərlə mübarizə aparmaq necə təcrübə idi? Onların hansı xüsusiyyətləri sizi təəccübləndirdi?

- Tailandlı idmançılar uşaqlıqdan bu idmanın içindədirlər. Əlcək, avadanlıq onlar üçün oyuncağa çevrilib. İdman zallarında böyüyürlər. Döyüşdə çox soyuqqanlı və dözümlüdürlər. Nə qədər zərbə alsalar da, yerə yıxılsalar belə, dərhal qalxıb döyüşə davam edirlər. Bu xüsusiyyətləri məni təəccübləndirdi.

- Gələcək planlarınız nələrdir? Tailandda qalmağa davam edəcəksiniz, yoxsa Azərbaycana qayıdırsınız?

- Hələ ki Tailanddayam və qarşıda döyüşlər var. Həmişəki kimi döyüşlərə hazıram. Planım isə "ONE Championship" təşkilatında iştirak üçün lisenziya qazanmaqdır. O hədəfə doğru irəliləyirəm və inanıram ki, tezliklə həmin rinqdə də Azərbaycan bayrağını dalğalandıracağam.

- Azərbaycan və Tailanddakı döyüş idmanları sistemi arasında hansı əsas fərqləri görürsünüz?

- Əsas fərq ondan ibarətdir ki, Tailandda dözümlülük və güc üzərində daha çox çalışırlar. Bu da onları fiziki baxımdan daha dayanıqlı edir. Amma hesab edirəm ki, bizim idmançılar da heç bir baxımdan onlardan geri qalmır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Oxşar xəbərlər