top
Emin Kürdov: İslamiadadakı nəticələr ağır oldu, Danimarka ilə oyunlara ciddi hazırlaşırıq Idman.biz
14 yanvar 2026, 16:43
- ↺ +

Emin Kürdov: "İslamiadadakı nəticələr ağır oldu, Danimarka ilə oyunlara ciddi hazırlaşırıq"

"Milli üçün çətin dönəmdir, amma oyunçularımızda potensial var".

Bu sözləri Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov komandanın hazırlıq prosesi ilə bağlı danışarkən deyib.

Yanvarın 18-dən 24-dək Bakıda təlim-məşq toplanışına start verəcəklərini xatırladan yığma üzvü bildirib ki, belə toplanışlar milli üçün çox vacib və faydalıdır.

"Bu müddət ərzində Danimarka seçməsi ilə iki yoldaşlıq oyunu keçirəcəyik. Danimarka futzalda da inkişaf edən komandadır. Onların klubu bu yaxınlarda Çempionlar Liqasının elit-raund mərhələsinə vəsiqə qazandı. Həmin klubun bir neçə üzvü hazırda milli komandada çıxış edir. Bildiyiniz kimi, danimarkalılar səfərdə Qazaxıstan kimi güclü rəqibi də məğlub edib. Bu baxımdan, qarşıdakı yoldaşlıq oyunları bizim üçün çox önəmlidir və ciddi hazırlaşmaq lazımdır", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Təcrübəli qapıçı yığmanın son çıxışına da toxunub:

"Araz-Naxçıvan"ın futzalçıları Səudiyyə Ərəbistanında keçirilən İslamiadada iştirak etmədi, çünki həmin vaxt Çempionlar Liqasında idik. Bu səbəbdən heyətə cəlb edilmədik. Təəssüf ki, həmin yarışda millimiz zəif nəticə göstərdi, böyük hesablı məğlubiyyətlər yaşadı. Bu, milli komandadır və belə nəticələr heç xoş deyil. Yığma Özbəkistandan 13 qol buraxmamalıdır. Mən o oyunda iştirak etməmişdim, amma bu nəticə mənə çox pis təsir etdi. Belə hallara yol verilməməlidir. Qarşıdakı Danimarka ilə matçda maksimum səviyyədə çıxış etmək və yaxşı nəticə qazanmaq əsas məqsədimiz olmalıdır. Daha sonra bizi dünya çempionatının seçmə mərhələsi gözləyir. Yəqin ki, ona qədər daha bir neçə yoldaşlıq görüşü də təşkil olunacaq. Bu, rəhbərlik və məşqçilər korpusunun qərarından asılıdır".

O, millidə çıxış edən futzalçıların yaxşı potensiala malik olduqlarını deyib:

"Hazırda yığmamızda legioner yoxdur. Düzdür, təcrübə çatışmazlığı var, amma komandamızda perspektivli və istedadlı oyunçular kifayət qədərdir. Sadəcə, ciddi hazırlaşmaq və verilən fürsəti yaxşı dəyərləndirmək lazımdır".

Qeyd edək ki, Danimarka ilə yoldaşlıq qarşılaşmaları yanvarın 22-də və 24-də Bakı İdman Sarayında keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
07 oktyabr 2026, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
07 oktyabr 2026, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
07 oktyabr 2026, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
07 oktyabr 2026, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
07 oktyabr 2026, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Oxşar xəbərlər