"Şəfa" futbolçusu Nahid Əliyev ilə müqavilənin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi yeni bir illik anlaşmaya imza atıb.
Azərbaycanın U-21 millisinin üzvü olan N.Əliyev 2025-ci ilin yayından "Şəfa"nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda "Mingəçevir" və "Turan Tovuz"un da formasını geyinib.