"Şəfa" "Kəpəz"in sabiq qapıçısı Məmməd Hüseynovu transfer edib.
İdman.Biz xəbər verir ki, bu barədə "Şəfa" Futbol Klubu məlumat yayıb.
Bakı təmsilçisi 27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Məmməd Hüseynov son olaraq Gəncə klubunun formasını geyinib. O, karyerası ərzində "Zirə"də də çıxış edib.
15:31
"Kəpəz" klubu Məmməd Hüseynovla yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Kəpəz" Peşəkar Futbol Klubu məlumat yayıb.
Futbolçunun klubla müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Azərbaycan Premyer Liqasında yeddi matçda meydana çıxıb.