"Şamaxı" klubu İsraildən olan futbolçu Teşager Dequnu heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, Teşager Dequ son olaraq İsraildə "İroni" (Modin) klubunun formasını geyinib.