top
İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var Idman.biz
Bu gün, 17:15
- ↺ +

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

"Düşünürəm ki, bu matçda iki fərqli hissə izlədik. Birinci hissə istədiyimiz kimi alınmadı. Xüsusilə ön xətdə təzyiqi gözlədiyimiz səviyyədə göstərə bilmədik. Futbolçular fiziki baxımdan üzərlərinə düşən tapşırıqları tam yerinə yetirmədilər".

İdman.Biz xəbər verir ki, bu sözləri "İmişli" futbol komandasının baş məşqçisi Ervins Perkons Misli Premyer Liqasının 12-ci turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Latviyalı mütəxəssis görüşün iki fərqli hissəsindən, əvəzetmələrin təsirindən və komandasının milli komandaya futbolçu göndərməməsi ilə bağlı sualdan danışıb:

"Təbii ki, taktiki səhvlər də var idi. Düşünürəm ki, əsas problemimiz fiziki hazırlıqla bağlı idi. İkinci hissədə isə, qol buraxmağımıza baxmayaraq, daha yaxşı oynadıq. Əvəzetmələrdən sonra komandamızın oyunu xeyli dəyişdi. Düzülüşümüzdə də müəyyən dəyişiklik etdik və ehtiyatdan meydana daxil olan futbolçular bizə böyük dəstək verdilər. Qol buraxdıqdan sonra ruhdan düşmədik. İnanırdıq ki, qol vura və qol epizodları yarada bilərik. Komandadakı hər kəs buna inanırdı. Sonda da istəyimizə çatdıq. Düşünürəm ki, ən azı bir xal qazanmağa layiq idik. Təbii ki, bura bir xal üçün gəlməmişdik. Məqsədimiz üç xal qazanmaq idi. Amma oyunun gedişatını, xüsusilə də ilk hissədəki çıxışımızı və buraxdığımız səhvləri nəzərə alsaq, bir xal da pis nəticə deyil.

İlk növbədə qeyd edim ki, milli komandanın baş məşqçisi öz qərarlarını verir və heyəti özü müəyyənləşdirir. Mənim fikrimcə, komandamızda milli komandaya namizəd ola biləcək futbolçular var. Hətta deyərdim ki, yerli futbolçularımızın, bəlkə də, əksəriyyəti bu səviyyədədir. Bəzi gənc oyunçuları istisna etsək, bu gün əsas heyətdə meydana çıxan futbolçularımızın hamısının millidə oynamaq potensialı var. Çağırış almayan futbolçular üçün bu, daha çox işləmək və inkişaf etmək baxımından motivasiya olmalıdır. Məşqlərdə daha yaxşı çalışmalı, texniki və taktiki cəhətdən üzərlərində işləməlidirlər. İnanıram ki, ikinci hissədəki kimi oynamağa davam etsələr, bəlkə növbəti toplanışda yox, iki-üç milli fasilədən sonra şans qazana bilərlər. Bu barədə milli komandanın baş məşqçisi ilə danışmamışam. Yalnız öz futbolçularımla söhbət etmişəm. Onlara demişəm ki, milliyə çağırılmamağınız sizin üçün motivasiya və özünüzü göstərmək imkanı olmalıdır. Azərbaycan Premyer Liqasının hər oyununda ən yüksək səviyyədə çıxış etməlisiniz. Ən vacib məqamlardan biri də sabitlikdir. Bir oyunda yaxşı, digərində zəif çıxış etməklə milliyə dəvət almaq çətindir. Hər matçda eyni səviyyədə oynamaq, çox çalışmaq və özünü inkişaf etdirmək lazımdır. İnanıram ki, bunu bacarsalar, gec-tez milli komandaya dəvət alacaqlar".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Futbol
Bu gün, 16:20

Roma, Corco De Marzi ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

Futbol
Bu gün, 16:19

Ağadadaş Salyanski: Millidə debut və qələbə – qazandığımız qələbəni də danmamalıyıq

Futbol
Bu gün, 16:04

PSJ Nitsada çətin sınaqla qarşı-qarşıya, “Lion” yeni dövrə başlayır – Liqa 1 11-ci turu

Futbol
Bu gün, 16:00

Viktor Osimhen Qalatasaray'ın ofsayda ən çox düşən hücumçusudur

Şahmat
Bu gün, 15:44

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən çempionatda iştirak edəcək

Futbol
Bu gün, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 15:33

UEFA Millətlər Liqası 2026/27 üçün 1/4 final və pley‑off cütləri bəlli oldu

Futbol
Bu gün, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 15:20

PSJ-nin 13 üzvü "Globe Soccer Awards" mükafatlarına namizəd göstərilib

Futbol
Bu gün, 15:19

Mikel Arteta: Saka 4 həftə, Subimendi isə bir neçə həftə səhnələrdən uzaq qalacaq

Futbol
Bu gün, 15:05

Arsenal futbolçuları Bukayo Saka və Martin Subimendi zədələnib, növbəti matçıları qaçıracaq

Futbol
Bu gün, 15:04

Bundesliqanın 10-cu turunda liderlik mübarizəsi və 111-ci Şimal derbisinin rəqabəti

Futbol
Bu gün, 14:49

Samir Məmmədov: "Mingəçevir"in "Baku Sportinq" üzərindəki qələbəsi vacib idi

Futbol
Bu gün, 14:40

Monzanın hücumçusu Qustavo Varelaya Napoli və Yuventusdan ciddi maraq

Oxşar xəbərlər