top
Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir Sport24.az
Bu gün, 17:05
- ↺ +

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Misli Premyer Liqasının XII turunun "İmişli" – "Zirə" oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– 70-ci dəqiqəyə qədər yaxşı futbol oynayırdıq. 2:0 öndə idik və qol epizodları yaradırdıq. Həmin anda hamı hesabın daha böyük olacağını düşünürdü. Amma 5 dəqiqəyə rəqib geridönüş etdi. Qoldan sonra şansımız olsa da, dəyərləndirə bilmədik. Ssenari fərqli olsaydı, bir xalı qazanc sayardıq. Lakin 2:0 öndə olandan sonra yekunda bərabərlik əldə etmək məyusedicidir. Qol epizodu vermədən iki qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn 3 zərbənin 3-ü də qolla nəticələnib. Növbəti matçlarda bunu dəyişməyə çalışacağıq.

 

– 4 dəqiqəyə 2 penalti təyin edilirdi. Qərarlarla razısınızmı?

 

– Epizodlara ətraflı baxmamışıq. Uzun şərh vermək istəmirəm. Penaltinin olub-olmadığını bilmirəm. Son dəqiqələrdə hər xırda epizoda foul verilirdi. Belə qarşılaşmalarda adətən 5-8 dəqiqə əlavə olunur, amma bizim oyunda cəmi 3 dəqiqə artırıldı. Halbuki vaxt itkisi var idi, VAR-a da baxılmışdı… Nəysə. Bunlar nəticəyə yox, oyunun gedişinə təsir göstərən amillərdir.

 

– Normalda sərt reaksiyalarınızla diqqət çəkirsiniz, ancaq bu dəfə ardıcıl penalti qərarlarında sakit davrandınız…


– Emosiyalara qapılmaq lazım deyil. Komanda daxilində uğursuzluqlar çoxdur. Eyni zamanda matçlarımlzda millimetrlik fərqlərlə həll olunan epizodlar da yaşanır.  Bəlkə də, hazırda 24-25 xalımız olardı. İstər zədələr, istər hakim qərarları nəticələrimizə təsir göstərir. Avrokuboklardan sonra belə tendensiya başlayıb və eyni şəkildə davam edir. Liqada yaradılan qol epizodu sayına görə "üçlük"də olarıq. Çox fürsət qaçırırıq.

 

– Volkovun epizodunda nə çatmadı, keyfiyyət, ya ustalıq?


– Bilmirəm, başqa epizodları yaxşı dəyərləndirirlər. Bəzən də sadə imkanı boşa verirlər. Müdafiədə də boşluq vermirik, amma heç nədən qollar buraxırıq. Rəqibin geridönüşündən sonra qələbə qazanmaq çətin oldu.

 

– Milli komandaların nəticələrini necə dəyərləndirirsiniz?


– Ayxan müəllimi təbrik edirəm. Qrup lideri oldular, çox çalışırdılar, istəkli idilər və arzularına çatdılar.

 

– Emin Mahmudovun karyerasını bitirməsi haqqında nə düşünürsünüz?


– O, ölkə futboluna çox şey qazandırıb. Bombardir kimi millidən getdi. Onun yerini doldurmaq asan olmayacaq. Həmin mövqedə potensiallı gənclərimiz var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Futbol
Bu gün, 16:20

Roma, Corco De Marzi ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

Futbol
Bu gün, 16:19

Ağadadaş Salyanski: Millidə debut və qələbə – qazandığımız qələbəni də danmamalıyıq

Futbol
Bu gün, 16:04

PSJ Nitsada çətin sınaqla qarşı-qarşıya, “Lion” yeni dövrə başlayır – Liqa 1 11-ci turu

Futbol
Bu gün, 16:00

Viktor Osimhen Qalatasaray'ın ofsayda ən çox düşən hücumçusudur

Şahmat
Bu gün, 15:44

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən çempionatda iştirak edəcək

Futbol
Bu gün, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 15:33

UEFA Millətlər Liqası 2026/27 üçün 1/4 final və pley‑off cütləri bəlli oldu

Futbol
Bu gün, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 15:20

PSJ-nin 13 üzvü "Globe Soccer Awards" mükafatlarına namizəd göstərilib

Futbol
Bu gün, 15:19

Mikel Arteta: Saka 4 həftə, Subimendi isə bir neçə həftə səhnələrdən uzaq qalacaq

Futbol
Bu gün, 15:05

Arsenal futbolçuları Bukayo Saka və Martin Subimendi zədələnib, növbəti matçıları qaçıracaq

Futbol
Bu gün, 15:04

Bundesliqanın 10-cu turunda liderlik mübarizəsi və 111-ci Şimal derbisinin rəqabəti

Futbol
Bu gün, 14:49

Samir Məmmədov: "Mingəçevir"in "Baku Sportinq" üzərindəki qələbəsi vacib idi

Futbol
Bu gün, 14:40

Monzanın hücumçusu Qustavo Varelaya Napoli və Yuventusdan ciddi maraq

Digər
Bu gün, 14:34

İsveç, Rusiyalı idmançıların yarışlara qatılmasını məhdudlaşdırmaq niyyətində

Futbol
Bu gün, 14:29

Vaqif Sadıqov: Aşağı yaş qrupları üzrə millilərimiz Avropa çempionatında bəzi oyunlarda xarakter nümayiş etdirdi

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Oxşar xəbərlər