Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 25-ci tur start götürür. Sport24.az xəbər verir ki, günün yeganə qarşılaşması Şamaxıda baş tutacaq.
Bölgənin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edir. Hazırda aktivində 30 xal olan "şirlər" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Qonaqlar isə 36 xalla 5-cidir. Meydan sahiblərinin əsas məqsədi cari mövsümdə elitada qalmaqdısa (böyük ölçüdə bunu bacarıb), Naxçıvan klubu avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.
Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXV tur
15:00. "Şamaxı" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı. Şəhər stadionu.