Almaniyanın "Borussiya" klubu futbolçusu Salih Özcanla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin müddəti bitən müqaviləsi uzadılmayıb.
qeyd edək ki, Salih 2022-ci ildən "Borussiya"da forma geyinirdi. 28 yaşlı futbolçu bu mövsüm Bundesliqada 11 oyuna çıxıb.
Yarımmüdafiəçi Türkiyə milli komandasının da üzvüdür.