top
Şahdağ Qusarın prezidenti stadionun gələn il hazır olacağına söz verildiyini bildirib Idman.biz
16 may 2026, 14:10
- ↺ +

"Şahdağ Qusar"ın prezidenti stadionun gələn il hazır olacağına söz verildiyini bildirib

"Qusarda oynasaydıq, daha yaxşı olardı. Söz veriblər ki, gələn il stadion hazır olacaq".

Bu sözləri Birinci Liqa təmsilçisi "Şahdağ Qusar"ın prezidenti və kapitanı Rahid Əmirquliyev qol.az-a müsahibəsi zamanı deyib. O, Qusardakı stadion problemi, bölgə klublarının Premyer Liqada çıxış etməsinin əhəmiyyəti və özünün gələn mövsüm futbolçu kimi çıxış edib-etməyəcəyi ilə bağlı fikirlərini bildirib.

Həmin müsahibəni təqdim edirik.

– Birinci Liqanın 26-cı turunda səfərdə "Səbail"lə heç-heçə etdiniz. Qolsuz başa çatan oyun barədə nə deyə bilərsiniz?

– Çempionluğa oynayan bir komandaya qarşı mübarizə aparırdıq. Qalib gəlmək istəyirdik. Bu matçda qalib olsaydıq, son turdan əvvəl üçüncü yeri tutmaq şansımız qalacaqdı. Əlimizdən gələni etdik ki, qalib gələk və azarkeşlərimizi sevindirək. Təəssüf ki, bu, alınmadı.

– Qusardakı stadion hazır olmadığı üçün komanda ev oyunlarını doğma meydanda keçirmir. Növbəti mövsümə qədər bu problem həllini tapacaqmı?

– Qusarda oynasaydıq, daha yaxşı olardı. Əziyyət çəkib Bakıya bu qədər azarkeş gəlirsə, Qusarda bunun 2–3 qatı olardı. Futbol azarkeş üçündür. Biz də istəyərdik ki, Qusarda, doğma azarkeşlərimizin önündə oynayaq. Lakin təəssüf ki, stadion problemi var. Bu ilə çətin çatdırsınlar, amma söz veriblər ki, gələn il stadion hazır olacaq. Biz də gözləyirik.

– Növbəti mövsümdə "Şahdağ Qusar" Birinci Liqada çempionluq uğrunda mübarizə apara biləcək?

– Çempionat bitəndən sonra hədəfləri müzakirə edəcəyik. İstəyərdik ki, bu komanda Premyer Liqada olsun. Ümumiyyətlə, tək "Şahdağ" yox, Lənkəran və digər region klubları da olsun. Nə qədər region klubu çox olsa, bu, Premyer Liqa üçün üstünlükdür.

– Sizi gələn mövsüm də yaşıl meydanlarda görə biləcəyik?

– Hələ qərar verməmişəm. Çempionat bitəndən sonra düşünüb qərar verəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Bu gün, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Bu gün, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Bu gün, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Bu gün, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Bu gün, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Dünən, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Dünən, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Dünən, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Dünən, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Dünən, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Dünən, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Oxşar xəbərlər