top
Ruslan Əmircanov: Canında barıt varsa, oynayarsan - Çempionluqdan sonra müsahibə Idman.biz
19 may 2026, 13:21
- +

Ruslan Əmircanov: "Canında barıt varsa, oynayarsan" - Çempionluqdan sonra müsahibə

"Zəngəzur" futbol komandasının futbolçu-məşqçisi Ruslan Əmircanov AFFA Region Liqasında qazanılan çempionluqdan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, finalda "Marafon"u 2:1 hesabı ilə məğlub edən "Zəngəzur" turnirin qalibi adını qazanıb. Bununla da komanda növbəti mövsümdə İkinci Liqada iştirak hüququ əldə edib.

41 yaşlı Ruslan Əmircanov çempionluğun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, yaş amilinin meydanda qalmaq üçün maneə olmadığını deyib:

"Əslində, 41 yaşdır. Kriştianu Ronaldu da bu yaşda oynayır, 85 təvəllüddür. Əgər canında bir balaca barıt varsa, oynayacaqsan. Elə oyunçular var ki, karyerasını bitirdikdən sonra meydandan kənarda qala bilir. Amma şükür Allaha ki, özümü tam formada saxlaya bilmişəm, daim məşqlərdəyəm".

Təcrübəli futbolçu "Zəngəzur"dan aldığı dəvəti tərəddüdsüz qəbul etdiyini vurğulayıb:

"Ona görə də "Zəngəzur" komandasından həm futbolçu, həm də məşqçi kimi kömək dəvəti gələndə canla-başla razılaşdım. Çox şükür ki, gəldim, gəldiyimə də sevinirəm. Bu ağır marafonda, ağır yolda çempion olmağımız sevindiricidir".

Əmircanov uğuru komandaya inanan hər kəsə həsr etdiklərini bildirib:

"Bizə inanan hər kəsə təşəkkür edirəm. Bu kuboku və medalı evdə bizdən gözləyən ailəmizə, doğmalarımıza həsr edirik".

Qeyd edək ki, Region Liqasında bürünc medallara "Şəfəq"i 4:1 hesabı ilə məğlub edən "Biləsuvar" komandası sahib çıxıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər