top
Rumıniya mediası Neftçi-nin Maylat transferini “aldadığını” iddia edir Idman.biz
19 sentyabr 2026, 16:46
- ↺ +

Rumıniya mediası Neftçi-nin Maylat transferini “aldadığını” iddia edir

Rumıniya mediası "Botoşani"nin futbolçusu Sebastyan Maylatın Bakının "Neftçi" klubuna baş tutmayan transferinin təfərrüatlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, "Digi Sport" nəşri "Bakının "Neftçi" klubu Sebastyan Maylatı "aldadıb" başlıqlı material dərc edib. Yazıda 28 yaşlı vingerin transferi ətrafında yaranmış vəziyyətdən bəhs olunub.

Buna səbəb "Botoşani"nin sahibi Valeriu İftimenin açıqlamaları olub. Onun sözlərinə görə, Bakı klubunun təklifi "Botoşani" üçün o qədər də sərfəli olmayıb. Lakin futbolçuya Azərbaycanda maliyyə baxımından cəlbedici şərtlər təklif edilib.

"Klub üçün təklif heç də sərfəli deyildi, amma onun üçün çox yaxşı məbləğdən söhbət gedirdi. Mənə getmək istədiyini dedi, çünki bu, onun üçün yaxşı pul təklifi idi. Həmin klubun üç variantı var idi və son günə qədər onu gözlətdilər. Sonda isə onun əvəzinə başqa futbolçu götürdülər", - deyə İftime bildirib.

"Botoşani"nin sahibi qeyd edib ki, Maylat baş tutmayan transferə görə məyus olmayıb və artıq ertəsi gün Rumıniya klubu ilə müqaviləsini daha bir il uzadıb.

"O, məyus olmadı. Ertəsi gün Maylat mənimlə daha bir illik müqavilə imzaladı ki, onun klubdan azad agent kimi ayrılmaq istədiyini düşünməyək", – deyə İftime əlavə edib.

Beləliklə, "Digi Sport"un "Neftçi"nin Maylatı "aldatdığı" barədə kəskin ifadəsinə baxmayaraq, "Botoşani" rəhbərinin açıqlamasından görünür ki, Bakı klubu eyni mövqeyə üç namizədi nəzərdən keçirib və transferin son günündə onlardan başqa bir futbolçunun üzərində dayanıb.

Maylat cari mövsümdə "Botoşani"nin heyətində 8 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

28 yaşlı futbolçu daha əvvəl "Poli Timişoara", ÇFR, "Qaz Metan", Kluj "Universitatya"sı, "Voluntari", "Sepsi" və Cənubi Koreyanın "Suvon Bluvinqz" klublarında çıxış edib. Sonuncu klub Maylatın karyerasında Rumıniyadan kənarda çıxış etdiyi yeganə komandadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Bu gün, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Bu gün, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Bu gün, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Bu gün, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Oxşar xəbərlər