Portuqaliya millisində Kriştianu Ronaldunun şərəfinə təşkil olunan vida mərasimi ölkədə narazılıq doğurub. Madeyra regional hökumətinin keçmiş rəhbəri Albertu Juan Jardim aksiyanı kəskin tənqid edib.
İdman.Biz "A Bola"ya istinadən xəbər verir ki, sabiq hökumət başçısı RTP Madeira telekanalına açıqlamasında futbolçuların Ronaldunun adı və yeddi nömrəsi yazılmış formalarla meydana çıxmasını zövqsüz addım adlandırıb.
"Futbolçuların meydana yeddi nömrəli formalarla çıxması kimi bu mənasız təşəbbüs, məncə, zövqsüzlükdür. Üstəlik, düşünürəm ki, bütün bunlar Ronaldu ilə ümumiyyətlə razılaşdırılmayıb. Əks halda, o özü də orada olardı", - Jardim bildirib.
O, mərasimin səmimiliyini də şübhə altına alıb:
"Bütün bunları sadəcə, özünü göstərmək cəhdi hesab edirəm. Bu hadisə Ronaldunun onun adı altında meydana çıxan həmin dəstədən narazı qalmasına əsas verir".
Qeyd edək ki, Portuqaliya millisinin Danimarka ilə UEFA Millətlər Liqasındakı qarşılaşmasından əvvəl start heyətinin bütün futbolçuları və onları meydana müşayiət edən uşaqlar Ronaldunun adı və yeddi nömrəsi əks olunmuş xüsusi formalar geyiniblər. Aksiya yığma komandadakı karyerasını başa vuran ulduz futbolçuya həsr olunub.