top
Cerrard Poçettino səbəbini dil bilməkdə görür Idman.biz
Bu gün, 19:54
- ↺ +

Cerrard Poçettino səbəbini dil bilməkdə görür

"Liverpul"un sabiq kapitanı Stiven Cerrard Maurisio Poçettinonun "Mançester Yunayted"in baş məşqçisi təyin olunmasında futbol strategiyasından kənar bir amilin də rol oynaya biləcəyini düşünür.

İdman.Biz xəbər verir ki, Cerrard "The Overlap" YouTube kanalında argentinalı mütəxəssisin bir neçə dildə danışmaq bacarığının klub rəhbərliyinin qərarına təsir göstərə biləcəyini bildirib.

"Mançester Yunayted"in əsas futbolçularına nəzər salsaq, Lisandro Martines, Brunu Fernandeş, Mateus Kunya və Amad Diallonu görə bilərik. Poçettino onlarla ispan dilində danışa bilər. İspan dili onun ana dilidir. İngiltərədə "Sauthempton", "Tottenhem" və "Çelsi"ni çalışdırdığı müddətdə ingilis dilini də öyrənib. İtalyan kökləri var və bu dildə sərbəst danışmasa da, onu yaxşı bilir", - Cerrard deyib.

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi hesab edir ki, Poçettinonun futbolçularla ünsiyyət qurmaq bacarığı komandanın nəticələrinə müsbət təsir göstərə bilər:

"Əgər o, bu oyunçuları yenidən ən yaxşı formalarına qaytara, futboldan həzz almalarını və yenidən gülümsəmələrini təmin edə bilsə, bu, "Mançester Yunayted"in uğurunun mühüm hissəsi olacaq".

Cerrard argentinalı mütəxəssisin Eddi Haudan üstün tutulmasında da dil amilinin rol oynaya biləcəyini vurğulayıb:

"İspan dilində danışmaq bacarığı böyük rol oynaya bilər. Düşünürəm ki, onun bir neçə dil bilməsi Eddi Haunun əvəzinə seçilməsinin səbəblərindən biri ola bilər".

Qeyd edək ki, Poçettino "Mançester Yunayted"in baş məşqçisi postunda Maykl Karriki əvəzləyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:58

Barselona Tottenhemdən Pedro Porronu transfer etmək istəyir, ancaq londonslar müdafiəçini yandakı pəncərədə buraxmaq istəmir

Futbol
Bu gün, 19:46

Qəza sonrası futboldan ayrılan Alan Ruşel

Futbol
Bu gün, 19:39

Flik, Barselona qarşısında Üç əsas futbolçuya güvənməsini açıqladı

Basketbol
Bu gün, 19:34

ABL-də təxirə salınmış oyunların yeni vaxtları açıqlanıb

Futbol
Bu gün, 19:28

Barcelona və Bayern scouteri Aleksey Batrakovu izləmək üçün İstanbula gəlir

Güləş
Bu gün, 19:11

Bakıda keçiriləcək qrepplinq dünya çempionatı proqramı açıqlanıb

Futbol
Bu gün, 18:59

Sadio Mane karyerasını "Qalatasaray"da davam etdirməyə əzmdir

Futbol
Bu gün, 18:55

Azərbaycan U-21 Milli Komandası Omanın U-23 Yığmasını 4:2 ilə məğlub etdi

Futbol
Bu gün, 18:49

Mançester Yunayted 80 milyon avro ilə Malik Tşau'yu istədi

Futbol
Bu gün, 18:39

Araz-Naxçıvan: Neftçi ilə qarşılaşma üçün hazırlıq davam edir

Futbol
Bu gün, 18:34

Qazaxıstan millisinin baş məşqçisi Con vant Sxip müqavilənin bitməsi səbəbindən vəzifəsindən ayrılır

Futbol
Bu gün, 18:29

I Liqada IX turun oyun cədvəli məlum oldu

Futbol
Bu gün, 18:25

Kəpəzin iki gənc futbolçusu Azərbaycanın U-15 millisinə çağırıldı

Futbol
Bu gün, 18:18

«Şahdağ Qusar»ın baş məşqçisi «Şəfa»ya qarşı yoxlama matcında 2:1 hesablı qalibiyyəti və «Gəncəbasar»a hazırlığı dəyərləndirdi

Futbol
Bu gün, 18:11

İspaniya məhkəməsi Mbappeyə qarşı təhqir edən azarkeşi 11 ay həbsə cəzalandırdı

Futbol
Bu gün, 18:02

Barselona və Sabah arasında oynanacaq oyun üçün Dani Olmo sıralara qayıdacaq

Futbol
Bu gün, 17:56

Barselonanın müdafiəçiləri Pau Kubarsi və Jül Kunde üçün son durum açıqlanıb

Futbol
Bu gün, 17:40

Mbappé'ye qarşı ırkçı təhqir edən azarkeş 11 ay hapisə məhkum edildi

Futbol
Bu gün, 17:37

Neymar, Vinisius Júniorun keçmiş sevgilisi ilə münasibəti barədə şayiələri təkzib etdi

Digər
Bu gün, 17:32

Mixail Malkin: “Nankin şəhərində keçirilən dünya çempionatında komanda hesabında ardıcıl üçüncü dəfə qalib gəlmək böyük qürurdur”

Futbol
Bu gün, 17:21

Braziliya yığması yoldaşlıq matçında Sinqapuru 7:0 hesabla məğlub etdi.

Futbol
Bu gün, 17:20

Eşqin Əhmədovun Andorra ilə oyunda debütü və qolu barədə keçmiş məşqçisi Famil Xəlilovdan açıqlama

Futbol
Bu gün, 17:20

Timmi Simons 'Genk'in yeni baş məşqçisi təyin edildi

Oxşar xəbərlər