top
Rəşad Sadıqov Zirə-Turan Tovuz oyunu və büdcə məsələləri haqqında danışdı Sport24.az
03 aprel 2026, 20:43
- ↺ +

Rəşad Sadıqov "Zirə"-"Turan Tovuz" oyunu və büdcə məsələləri haqqında danışdı

"Zirə" Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Hər zaman kubokun ilk oyunlarında taktiki savaş gedir. Birinci hissədə bunun şahidi olduq. Rəqibin çoxsaylı standart vəziyyətləri var idi. Hamımız bilirik ki, "Turan Tovuz" standart vəziyyətlərdə ən təhlükəli komandalardan biridir. İkinci hissədə sürəti bir az artırdıq. Bizim üçün olduqca vacib olan qələbə qazandıq. Hələ birinci hissəni oynadıq. Bizi qarşıda vacib ikinci yarı gözləyir.

 

- Cütün taleyinin həll olunduğunu demək olar?

- Qətiyyən yox. Rəqibin fərqlənmək üçün çoxlu silahları var. Hansı hesab qeydə alınsaydı da, eyni fikirdə olacaqdım. Tez bir zamanda çempionat oyununa köklənməliyik.

 

- Mövsüm ərzində zədələr olmasaydı "Zirə"nin nəticələri fərqli ola bilərdi?

- Zədə və cəza baxımından ən çox problem yaşayan komandalardanıq. Bəzən də olur ki, tam heyətlə çıxıb nəticə əldə etmək olmur. Hamının formada olması bizə üstünlük verir. 

 

- Anje Mutsinzinin start heyətində olmamasının səbəbi nədir?

- Uzun səfərdən gəlib. Sabah ona yüngül məşq verib sonra bir günlük istirahət verəcəyik.

 

- Daha böyük büdcə ilə daha böyük işlər görə bilərsiz? "Zirə"də qalmaqla sanki böyük uğurlar əldə etmək çətin görünür...

- "Zirə"də xoşbəxtəm. Rəhbərliyimiz mənə hər zaman şərait yaradıb. Onlara təşəkkür edirəm. Yüksək liqada təcrübəm olmadığı halda mənə güvəndilər. Bütün məşqçilər daha böyük büdcə, yaxşı şərait istəyər. Amma büdcə hər şey deyil. Elə ola bilər ki, böyük büdcə ilə heç ilk 5-liyə düşə bilmərəm. Futbolun hər cür tərəfi var. Bu gün şükür edirəm ki, "Zirə"nin baş məşqçisiyəm. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

- Növbəti oyunlarda Leroy Mikelsi start heyətində oynatmağı düşünürsüz?

- Mikels son vaxtlarda zədə aldı. Qış fasiləsindən sonra günü-gündən yaxşı formaya düşürdü. "Kəpəz"lə matça start heyətində başladı. Mikelsi oynatmaq istəyirəm. Qarşıdakı oyunlarda start heyətində başlamaq ehtimalı yüksəkdir. Sadəcə olaraq hücum xəttində rəqabət var.


- Finalda rəqibin kim olmasını istəyərdiz?

- Bu suala cavab vermək istəmirəm. Hazırda cavab oyununda "Turan Tovuz"un qarşısını necə alacağımızı fikirləşirəm. Bu gün hesab 3:0 olsaydı da mən rahatlaşmayacaqdım. "Turan Tovuz"un hücum potensialı fərqlidir. Rəqibi nəzərə alsaq, finala çıxdığımızı düşünmürəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Oxşar xəbərlər